Məhkəmə qərarları › İş №8(017)-11/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-11/2025

07.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-11/2025 07.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş, 03 fevral 2025-ci il tarixli, e15560/2025 nömrəli təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-20/2025 №-li, 16 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün minimum əmək haqqının 0,90 misli miqdarında alimentin alınaraq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhram Cəfərov təqdimatla məhkəməyə müraciət edərək iş üzrə Borclu ölkədən getmək hüququnu borclu olduğu məbləği tam ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, iş materialları natamamdır. Ona görə də işə baxıb tamamlamaq mükün deyildir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Qəbul edilən qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat və ona ələvə olunmuş sənədlər Ağcabədi rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar