Məhkəmə qərarları › İş №8(017)-114/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-114/2024

12.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-114/2024 12.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilərək cavabdehlər Borclu və X1 Ağcabədi rayonunun Avşar kəndində 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, fərdi yaşayış evi boşaldılaraq torpaq sahəsi ilə birlikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək onun və oğlu X1 Ağcabədi rayonunun Avşar kəndində 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, fərdi yaşayış evi boşaldılaraq torpaq sahəsi ilə birlikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. O və oğlu evdən çıxmağa etiraz etmirlər. Lakin, hazırda qış fəsili olduğu üçün və digər yaşayış evləri olmadığı üçün evdən çıxmaqda çətinlik yaranır. Bundan başqa, təsərrüfatla məşğul olurlar və yaxın vaxtlarda kredit borcunu tam ödəyəcəklər. Ona görə də, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsi ilə cavabdehlər Borclu və X1 Ağcabədi rayonunun Avşar kəndində 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, fərdi yaşayış evinin boşaldılaraq torpaq sahəsi ilə birlikdə mülkiyyətçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsi Borclu apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmişdir. Göründüyü kimi qeyd olunan əmlak Tələbkar QSC-nin mülkiyyətindədir və cavabdehlərin əmlakdan çıxarılması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Tələbkar QSC qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə razı deyildir. Belə ki, keçən müddət ərzində borclular bank qarşısında kredit öhdəliklərinin icrasından yayınmaq və qətnamənin icrasını yubatmaq üçün prosessual hüquqlarından kifayət qədər sui istifadə etmişlər. Qətnamənin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsi tələbkar banka maddi ziyan vurulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə iclasının Tələbkar QSC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və borclunun ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Borclu və Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq ərizəyə Borclu və Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, icra sənədinin icraya yönəldilməsindən xeyli vaxt keçmiş, borcluların qətnaməni icra etmək üçün kifayət qədər vaxtı olmuş, lakin o, bu günə kimi icra sənədini icra etməmişdir. Halbuki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə icra sənədi iki ay müddətində icra olunmalıdır. Müstəsna hallarda bu müddət bir ayadək uzadıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 nömrəli qərarının 14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsinə ciddi əsas yoxdur. Məhkəmə bu qənaətə gələrkən, tələbkarın mənafeyini də nəzərə alır. Belə ki, tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı etiraz ərizəsində ərizənin rədd edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı 25 oktyabr 2007-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının təkib hissəsi» sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu ərizəsi təmin edilməsin. Qərardaddan onun alındığı və ya təqdim olunduğu gündən 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar