Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-13/2025 07.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 03 fevral 2025-ci il tarixli təqdimata məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(13)-12/2025-026 mömrəli, 16 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü minimum əmək haqqının 0,90 misli miqdarında aliment tutularaq Tələbkar xeyirinə tutularaq ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhrəm Cəfərov təqdimatla məhkəməyə müraciət edərək Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(13)-12/2025-026 №-li, 16 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu hər ay 180 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edildiyini, iş üzrə Borclu yaşadığı Ağcabədi rayon, Hindarx qəsəbəsi ünvanına çağırış vərəqəsinin göndərildiyini, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlmədiyini, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırdığını bildirərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhrəm Cəfərovin təqdimatından görünür ki, dəfələrlə Borclu yaşadığı Ağcabədi rayon, Hindarx qəsəbəsi ünvanına çağırış vərəqəsi göndərilsədə o, borcunu ödəməmiş, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlməmiş və bununla da icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmışdır. Ona görə də «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Qəbul edilən qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(13)-12/2025-026 №-li, 16 yanvar 2025-ci il tarixli icra sənədi üzrə xx.xx.1996-cı il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olan, Ağcabədi rayon, Hindarx qəsəbəsi ünvanında qeydiyyatda olan cavabdeh Borclu ölkədən getmək hüququ, borclu olduğu məbləğ tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №8(017)-13/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-13/2025
07.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver