Məhkəmə qərarları › İş №8(017)-138/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-138/2023

07.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-138/2023 07.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olan təqdimata baxaraq, məhkəmə müəyyənetdi: Ağcabədi rayon Məhkəməsi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli, 2(017)- 54/2023 saylı icra sənədi üzrə cavabdeh Borclu üç uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Neymət Mustafayev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Ağcabədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-54/2023 saylı, 16 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat aliment pulu Borclu tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Borclu tərəfindən ödənilməmiş 3.560 manat məbləğində aliment borcu qalmışdır. İcra sənədinin icrası ilə əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıqlar edilsə də, sonuncu edilən xəbərdarlıqlara məhəl qoymamış, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmışdır. Hazırda Borclu tərəfindən ölkənin hüdudlarını tərk etmək ehtimalı vardır. Odur ki, təqdimatın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə təqdimatı, icra sənədini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, cavabdeh Borclu məhkəmə qətnaməsi ilə üç uşağın saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən olunmuş pulu ödəməkdən qərəzli olaraq yayınmış və hazırda onun ölkə hüdudlarını tərk edəcəyi təqdirdə məhkəmə qətnaməsinin icrası mümkün olmayacaqdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan 16 mart 2023-cü il tarixli icra sənədi üzrə cavabdeh Borclu ölkədən getmək hüququ, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar