Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-139/2023 18.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Borclu iştirakı ilə Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(106)-1321/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü tarixli, 2(106)-1321/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh Borclu 2000 manat dəyərində komplekt (boyunbağı, qolbaq, sırğa və üzük), 500 manat dəyərində nişan üzüyü, 250 manat dəyərində üzük, 200 manat dəyərində üzük, cəmi 2950 manat dəyərində qızıl əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri alınaraq iddiaşı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü tarixli, 2(106)-1321/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə baxışı zamanı izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü tarixli, 2(106)-1321/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh Borclu 2000 manat dəyərində komplekt (boyunbağı, qolbaq, sırğa və üzük), 500 manat dəyərində nişan üzüyü, 250 manat dəyərində üzük, 200 manat dəyərində üzük, cəmi 2950 manat dəyərində qızıl əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri alınaraq iddiaşı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Həmin zinət əşyaları hal-hazırda naturada mövcud deyildir. Heç bir yerdə işləməməklə maddi cəhətdən çətin bir vəziyyətdə yaşadığından həmin pulu da birdəfəyə ödəyə bilmir və tələbkar da həmin pulun birdəfəyə ödənilməsini ondan tələb edir. Bu səbəbdən də Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü tarixli, 2(106)-1321/2023 saylı qətnaməsinin hissəhissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin pulu hissə-hissə, yəni hər ay 50-60 manat olmaqla ödəmək imkanı vardır. Ona görə də göstərdiklərini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü tarixli, 2(106)- 1321/2023 saylı qətnaməsinin hər ay 50-60 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Tələbkar və Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və məhkəmə Tələbkar və Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, icra sənədinin icraya yönəldilməsindən xeyli vaxt keçmiş, borclu qətnaməni icra etmək üçün kifayət qədər vaxtı olmuş, lakin o, bu günə kimi heç bir ödəniş etməmişdir. Halbuki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə icra sənədi iki ay müddətində icra olunmalıdır. Müstəsna hallarda bu müddət bir ayadək uzadıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 nömrəli qərarının 14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(106)-1321/2023 saylı qətnaməsinə əsasən ödənilməli olan pulun hissə-hissə ödənilməsinə razılıq verilməsi üçün ciddi əsas yoxdur. Məhkəmə bu qənaətə gələrkən, tələbkarın mənafeyini də nəzərə alır. Belə ki, Borclu məhkəmə baxışı zamanı vermiş olduğu izahatı ilə müəyyən olunmuşdur ki, tələbkar qızıl əşyalarının dəyərini birdəfəyə ödənilməsini tələb edir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı 25 oktyabr 2007-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının təkib hissəsi» sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(106)-1321/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(106)-1321/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsi təmin edilməsin. Qərardaddan onun alındığı və ya təqdim olunduğu gündən 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №8(017)-139/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-139/2023
18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver