Məhkəmə qərarları › İş №8(017)-155/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-155/2025

10.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-155/2025 10.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 02 oktyabr 2025-ci il tarixli, e32310 №-li təqdimata məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-588/2015 №-li, 06 mart 2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat məbləğində alimentin tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elvir Vəliyev təqdimatla məhkəməyə müraciət edərək Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)- 588/2015 №-li, 06 mart 2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat məbləğində alimentin tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsinin qət edildiyini, iş üzrə Borclu yaşadığı Ağcabədi rayonunun Kəhrizli kəndinə çağırış vərəqəsinin göndərildiyini, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlmədiyini, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırdığını, aidiyyatı orqanlara sorğular verildiyini, sorğuya cavab olaraq Borclu adına hər hansı bir əmlakın aşkar olunmadığını bildirərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elvir Vəliyevin təqdimatından görünür ki, dəfələrlə Borclu yaşadığı Ağcabədi rayonunun Kəhrizli kəndinə çağırış vərəqəsi göndərilsədə o, borcunu ödəməmiş, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlməmiş və bununla da icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmışdır. İş üzrə aidiyyatı orqanlara sorğular verilmiş, sorğuya cavab olaraq Borclu adına hər hansı bir əmlak aşkar olunmamışdır. Ona görə də «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Qəbul edilən qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə həmçinin hesab edir ki, qərardad dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-588/2015 №-li, 06 mart 2015-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ, borclu olduğu məbləği tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar