Məhkəmə qərarları › İş №8(017)-159/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-159/2025

14.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-159/2025 14.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 06 oktyabr 2025-ci il tarixli təqdimata məhkəmə iclasında baxaraq, müəyyənetdi: Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş 2(047)-1170/15 №-li, 12 noyabr 2015ci il tarixli icra sənədinə əsasən borclu X2, Borclu və X1 cəmi 7448,86 USD pul borcu və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nurəddin Hacıyev təqdimatla məhkəməyə müraciət edərək Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(047)-1170/15 №-li, 12 noyabr 2015-ci il tarixli icra sənədinə əsasən borclu X3, Borclu və X4 cəmi 7448,86 USD məbləğində pul borcu və 78,14 USD dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edildiyini, iş üzrə Borclu yaşadığı ünvan 1i ünvanına çağırış vərəqəsinin göndərildiyini, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlmədiyini, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırdığını bildirərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nurəddin Hacıyevin təqdimatından görünür ki, dəfələrlə Borclu yaşadığı ünvan 1i ünvanına çağırış vərəqəsi göndərilsədə o, borcunu ödəməmiş, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlməmiş və bununla da icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmışdır. İş üzrə aidiyyatı orqanlara sorğular verilmiş, sorğuya cavab olaraq Borclu adına hər hansı bir əmlak aşkar olunmamışdır. Ona görə də «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Qəbul edilən qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş 2(047)-1170/15 №-li, 12 noyabr 2015-ci il tarixli icra sənədi üzrə xx xxxx 1967-ci il tarixdə ünvan 1ində anadan olan və ünvan 1ində qeydiyyatda olan cavabdeh Borclu ölkədən getmək hüququ, borclu olduğu məbləğ tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad dərhal icra edilsin. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar