Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-163/2025 06.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə Maraqlı şəxs icra məmuru Bəhram Cəfərovun xx.xx.2025-ci il tarixli “borclunun əmlakının axtarılması haqqında Ağcabədi RİPŞ-nin xx.xx.2025-ci il tarixli qərarında yanlışlığın aradan qaldırılması haqqında” qərarının ləğv edilməsi, icra məmuru Bəhram Cəfərovun Borclu məxsus avtomobilin üzərindən həbsin və digər məhdudiyyətlərin götürülməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1964/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Toyota Corolla” markalı **- VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsdən sonrakı (tələbin həmin əmlaka yönəldilməsi istiqamətində) icra tədbirlərinin davam etdirilməsi barədə Tələbkar ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tələbkar ASC Maraqlı şəxs icra məmuru Bəhram Cəfərovun xx.xx.2025-ci il tarixli “borclunun əmlakının axtarılması haqqında Ağcabədi RİPŞ-nin xx.xx.2025-ci il tarixli qərarında yanlışlığın aradan qaldırılması haqqında” qərarının ləğv edilməsi, icra məmuru Bəhram Cəfərovun Borclu məxsus avtomobilin üzərindən həbsin və digər məhdudiyyətlərin götürülməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1964/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Toyota Corolla” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsdən sonrakı (tələbin həmin əmlaka yönəldilməsi istiqamətində) icra tədbirlərinin davam etdirilməsi barədə şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin e-16(017)- 14/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən müvəqqəti təminat tədbiri olaraq 2(017)-1964/2025 nömrəli mülki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdeh Borclu mülkiyyətində olan “Toyota Corolla” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1964/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada, cəmi 14269,13 manat məbləğində kredit borcu və 132,81 manat məbləğində ödənilmiş dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1964/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində Maraqlı şəxs icra məmuru Bəhram Cəfərovun xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adında (mülkiyyətində) olan “Toyota Corolla” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, onun axtarışı elan edilmiş və saxlanılaraq duracağa yerləşdirilməsi qərara alınmışdır. Qərarın icrası isə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilmişdir. İcra məmuru Bəhram Cəfərovun xx.xx.2025-ci il tarixli qərarı icra edilərək “Toyota Corolla” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Bərdə rayonu ərazisindəki stasionar yol polisi postunda saxlanılaraq cərimə meydançasına yerləşdirilmişdir. Lakin Maraqlı şəxs icra məmuru Bəhram Cəfərovun xx.xx.2025-ci il tarixli qərarı ilə heç bir qanuni, hüquqi səbəb və ya əsas olmadan özünün xx.xx.2025-ci il tarixli qərarındakı (guya) yanlışlığı aradan qaldıraraq həmin qərarın icra olunmadan geri qaytarılması qərara alınmış və bu sonuncu qərar isə icra olunması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. İcra məmurunun bu qanunsuz qərarı nəticəsində isə “Toyota Corolla” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə duracaqdan buraxılmışdır. İcra məmuru Bəhram Cəfərovun “borclunun əmlakının axtarılması haqqında Ağcabədi RİPŞ-nin xx.xx.2025-ci il tarixli qərarında yanlışlığın aradan qaldırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan, o cümlədən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli, eyni zamanda icra məmurunun bu hərəkətləri qanunsuz hesab edilməli və Borclu məxsus “Toyota Corolla” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsdən sonrakı (tələbin həmin əmlaka yönəldilməsi istiqamətində) icra tədbirləri davam etdirilməlidir. Belə ki, Maraqlı şəxs icra məmuru Bəhram Cəfərovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin qərar onun icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş Ağcabədi Rayon Məhkəməsinin e-16(017)- 14/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına (MTT) əsasən verilmiş icra sənədi üzrə məsələyə baxılaraq “xx.xx.2025-ci il tarixli qərardakı yanlışlığın aradan qaldırılması haqqında” qəbul edilmişdir. Lakin icra məmuru Bəhram Cəfərovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin qərar Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1964/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulması, onun axtarılması və saxlanılması barədə olmuşdur. Bundan əlavə xx.xx.2025-ci il tarixli qərarın “müəyyən etdim” hissəsində qeyd edilmişdir ki, Ağcabədi RİPŞ-nin xx.xx.2025-ci il tarixli qərarında texniki səhv olaraq, qərara aldım hissəsində avtomobilin üzərinə həbs qoyularaq duracağa yerləşdirilsin ifadəsi qeyd edilmişdir. Ancaq icra sənədində qeyd edilən tələblə uzlaşmır. Qeyd olunanların nəzərə alınaraq – Qərara aldım – 1. Ağcabədi RİPŞ-nin xx.xx.2025-ci il tarixli qərarı icra olunmadan geri qaytarılsın və s.... Ağcabədi RİPŞ-nin xx.xx.2025-ci il tarixli qərarında ümumiyyətlə texniki səhv mövcud deyil, bunun nə və ya nədən ibarət olması qeyd edilməmiş (əsaslandırılmamış), həmin qərar icra məmurunun səlahiyyətinə aid olan məsələ ilə bağlı qəbul edilmiş, eyni zamanda qərar prosessual forma və məzmuna tam riayət edilməklə tərtib edilmişdir. Əlavə olaraq xx.xx.2025-ci il tarixli qərar guya Ağcabədi RİPŞ-nin xx.xx.2025-ci il tarixli qərarındakı texniki səhvin aradan qaldırılmasına dair olsa belə, lakin nəticə hissəsində bunun əksi olaraq “Ağcabədi RİPŞ-nin xx.xx.2025-ci il tarixli qərarı icra olunmadan geri qaytarılsın” qeyd edilmişdir. Bundan əlavə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda isə Ağcabədi RİPŞ-nin xx.xx.2025-ci il tarixli qərarındakı yanlışlığın aradan qaldırılmasına dair xx.xx.2025-ci il tarixli qərarın icra olunması üçün göndərilməsi qeyd edilmişdir. Ümumiyyətlə icra məmuru Bəhram Cəfərovun xx.xx.2025-ci il tarixli qərarı özlüyündə qanunsuz və əsassız olmaqla yanaşı, qərarın giriş hissəsi, təsviri-əsaslandırıcı hissəsi və nəticə hissəsi bir-birinə hüquqi baxımdan uyğun gəlməməklə bərabər biri digəri ilə ziddiyyət təşkil edir. Belə ki, xx.xx.2025-ci il tarixli qərarın giriş hissəsində “Ağcabədi Rayon Məhkəməsinin e-16(017)- 14/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına (MTT) əsasən verilmiş icra sənədi üzrə məsələyə baxılaraq” qeyd edilmişdir. Hansı ki, xx.xx.2025-ci il tarixli qərar Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1964/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə olmuşdur. xx.xx.2025-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində “Ağcabədi RİPŞ-nin xx.xx.2025-ci il tarixli qərarında texniki səhv olaraq, qərara aldım hissəsində avtomobilin üzərinə həbs qoyularaq duracağa yerləşdirilsin ifadəsi qeyd edilmişdir. Ancaq icra sənədində qeyd edilən tələblə uzlaşmır. Qeyd olunanların nəzərə alınaraq” qeyd edilmişdir. Lakin göründüyü kimi həmin qərarda hər-hansı texniki və ya hüquqi səhv mövcud deyildir. Olsa belə bunun nədən ibarət olması nəinki əsaslandırılmamış, buna dair heç bir qeyd edilməmişdir. xx.xx.2025-ci il tarixli qərarın nəticə hissəsində isə yanlışlığın aradan qaldırılması deyil, Ağcabədi RİPŞ-nin xx.xx.2025ci il tarixli qərarı icra olunmadan geri qaytarılması qeyd edilmişdir. Ona görə də Tələbkar ASC Maraqlı şəxs icra məmuru Bəhram Cəfərovun xx.xx.2025-ci il tarixli “borclunun əmlakının axtarılması haqqında Ağcabədi RİPŞ-nin xx.xx.2025-ci il tarixli qərarında yanlışlığın aradan qaldırılması haqqında” qərarının ləğv edilməsi, icra məmuru Bəhram Cəfərovun Borclu məxsus avtomobilin üzərindən həbsin və digər məhdudiyyətlərin götürülməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1964/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Toyota Corolla” markalı **- VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsdən sonrakı (tələbin həmin əmlaka yönəldilməsi istiqamətində) icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bankın nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına iştirak etmirlər və məhkəmə şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərardadının surətindən görünür ki, 2(017)-1964/2025 nömrəli mülki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdeh Borclu mülkiyyətində olan “Toyota Corolla” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(017)-1964/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, Bank Respublika ASC ilə Borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 13981,63 manat əsas borc, 275,61 manat faiz borcu və 11,89 manat cərimə borcu olmaqla, cəmi 14269,13 manat məbləğində borc, habelə ödənilmiş 132,81 manat dövlət rüsumu cavabdehlər Borclu və X1 müştərək qaydada tutularaq Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs “borclunun (onun əmlakının) axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Borclu məxsus “Toyota Corolla” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, barəsində axtarış elan edilmiş və minik avtomobili saxlanılaraq xüsusi nəzərdə tutulmuş duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı icra olunmadan geri qaytarılması barədə qərar qəbul olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərardadına əsasən 2(017)-1964/2025 nömrəli mülki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdeh Borclu mülkiyyətində olan “Toyota Corolla” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(017)-1964/2025 nömrəli qətnaməsinə əsasən Bank Respublika ASC ilə Borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 13981,63 manat əsas borc, 275,61 manat faiz borcu və 11,89 manat cərimə borcu olmaqla, cəmi 14269,13 manat məbləğində borc, habelə ödənilmiş 132,81 manat dövlət rüsumu cavabdehlər Borclu və X1 müştərək qaydada tutularaq Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. Maraqlı şəxs “borclunun (onun əmlakının) axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən Borclu məxsus “Toyota Corolla” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, barəsində axtarış elan edilmiş və minik avtomobili saxlanılaraq xüsusi nəzərdə tutulmuş duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Sonradan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarına əsasən Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı icra olunmadan geri qaytarılması barədə qərar qəbul olunmuşdur. Göründüyü kimi Maraqlı şəxs “borclunun (onun əmlakının) axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmamış və ləğv olunması barədə belə bir qərar yoxdur. Eyni zamanda iş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1964/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin icra olunması ilə əlaqədar verilmiş icra sənədi üzrə icra tədbirləri davam etdirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №8(017)-163/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-163/2025
06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver