Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-177/2025 27.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Tələbkar1 iştirakı ilə, Tələbkar1 və Tələbkar2 Maraqlı şəxs 24 may 2017-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi tələbinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Maraqlı şəxs icra məmuru Namik Kərimovun 24 may 2017-ci il tarixli qərarı ilə, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-272/2017 saylı, 23 fevral 2017-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. İş üzrə Tələbkar1 və Tələbkar2 Ağcabədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Maraqlı şəxs icra məmuru Namik Kərimovun 24 may 2017-ci il tarixli qərarının ləğv edilməsini və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar1 ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Digər ərizəçi Tələbkar2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib bu nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-272/2017 saylı, 23 fevral 2017-ci il tarixli icra sənədi üzrə icraat təzələnməlidir. Belə ki, Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar1 azyaşlı uşaqları ilə birlikdə Ağcabədi rayonunun Kəhrizli kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabının 155-ci səhifəsində şəxsi hesab nömrəsi 355 ilə qeydə alınmış, Ağcabədi rayonunun Kəhrizli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Lakin sözü gedən icra sənədi tam olaraq icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata icra sənədi tam icra olunduqda xitam verilir. Həmin Qanunun 20.5-20.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası MPM-nin 263.1-ci maddəsinə görə iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin Məcəllənin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Odur ki, ərizə təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-272/2017 saylı, 23 fevral 2017-ci nömrəli icra sənədi üzrə icra işi davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157-159, 163, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Maraqlı şəxs icra məmuru Namik Kərimov tərəfindən 24 may 2017-ci il tarixdə qəbul olunmuş qərar ləğv edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-272/2017 saylı, 23 fevral 2017-ci nömrəli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №8(017)-177/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-177/2025
27.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver