Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-186/2025 30.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Böyük icra məmuru X1 iştirakı ilə, Tələbkar Maraqlı şəxs icra məmurunun hərəkətsizliyindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Tələbkar Maraqlı şəxs icra məmurunun hərəkətsizliyindən şikayət verərək, icra məmurunun hərəkətsizliyinə hüquqi qiymət verilməsini, icra işinə nəzarətin gücləndirilməsi və borclunun gəlir mənbələrindən tutulmanın bərpası barədə göstəriş verilməsini və zərurət olduqda icra məmurunun hərəkətsizliyi (və ya qanunsuz hərəkətləri) üzrə intizam tədbirləri görülməsini xahiş etmişdir. Tələbkar etibarnamə üzrə nümayəndəsi X3 şikayətini onunla əsaslandırmışdır ki, Tələbkar MMC-nin xeyrinə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(017)- 701/2013 saylı məhkəmə əmri çıxarılmış və icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Lakin icra məmuru tərəfindən qərarın tam icrası təmin olunmamış, icraat uzun müddət faktiki olaraq hərəkətsiz qalmışdır. xx.xx.2017-ci ildə Şirvan İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra icra məmuru müəyyən hərəkətlər etmiş, borclunun 3-cü qrup əlilliyi olduğu müəyyən edilərək xx.xx.2017-ci oldə DSMF-yə sorğu göndərilmişdir. Lakin həmi tarixdən icra sənədinin icrası faktiki olaraq dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə o, “Justice.az” portalı vasitəsilə həm İcra Baş İdarəsinə həmdə Bərdə Regional İcra Şöbəsinə rəsmi sorğular göndərmişdir. xx.xx.2025-ci il tarixli cavabdea bildirilmişdir ki, məsələ araşdırılacaq və baxılacaq lakin bu günə qədər heç bir nəticə əldə edilməmiş, borcludan tutulmalar bərpa olunmamışdır. Odur ki, Maraqlı şəxs icra məmurunun hərəkətsizliyindən şikayət verərək, icra məmurunun hərəkətsizliyinə hüquqi qiymət verilməsini, icra işinə nəzarətin gücləndirilməsi və borclunun gəlir mənbələrindən tutulmanın bərpası barədə göstəriş verilməsini və zərurət olduqda icra məmurunun hərəkətsizliyi (və ya qanunsuz hərəkətləri) üzrə intizam tədbirləri görülməsini məhkəmədən xahiş etmişdir. Tələbkar etibarnamə üzrə nümayəndəsi X3 “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, cavabdeh Ağcabədi şəhər icra idarəsinə qarşı iddia tələbini müdafiə etdiyini, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini və onların iştirakı olamadan işə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs böyük icra məmuru X4 şikayəti qəbul etmədi və izahatında göstərdi ki, borclu barəsində Maraqlı şəxsnə bir neçə icra sənədi daxil olmuş, borclu barəsində əmlak vəziyyətin öyrənilməsi məqsədilə aiddiyəti orqanlara, təşkilatlara sorğu verilmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Həmçinin borclunun ölkədən getmək hüququ Ağcabədi Rayon Məhkəməsinin 8(017)- 38/2014 saylı xx.xx.2014-cü il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Borclunun 3-cü qurup əlilliyi olduğu müəyyən edilmiş və bununla bağlı sorğu verilmişdir. Hazırda sorğuya cavab verilməmiş, sistemdə adına pensiya və ya başqa müavinətlər aşkar ediləcəyi təqdirdə borcun tutulması ilə bağlı yönəltmə ediləcəkdir. Odur ki, göstərdiklərini nəzərlə alınmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş borclu şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 10 iyun 2013-cü il taixli, 2(017)-701/2013 saylı məhkəmə əmrindən görünür ki, Borclu ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində kreditor Tələbkar MMC-nin xeyrinə 3.000 ABŞ dolları məbləğində əsas borc, 1.237 ABŞ dolları məbləində gecikmə faizi, habelə 20 manat məbləində dövlət rüsumu, cəmi 4.237 ABŞ dolları məbləğində pul tutulmuşdur. Məhkəmə böyük icra məmuru X2 izahatını dinləyib, şikayətə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyən edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 10 iyun 2013-cü il taixli, 2(017)-701/2013 saylı məhkəmə əmrinə əsasən Borclu ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində kreditor Tələbkar MMC-nin xeyrinə 3,000 ABŞ dolları məbləğində əsas borc, 1,237 ABŞ dolları məbləində gecikmə faizi, habelə 20 manat məbləğində dövlət rüsumu tutulmuşdur. Həmin qərar icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmiş, borclu barəsində əmlak vəziyyətin öyrənilməsi məqsədilə aiddiyəti orqanlara, təşkilatlara sorğu verilmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Həmçinin borclunun ölkədən getmək hüququ Ağcabədi Rayon Məhkəməsinin 8(017)-38/2014 saylı xx.xx.2014-cü il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Hazırda borcun tutulması ilə bağlı Maraqlı şəxs tərəfindən müvafiq sorğular verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, icra işinə nəzarət gücləndirilməli və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi davam etdirilərək icrası qısa müddətə təmin edilməlidir. Şikayət qalan hissədə təmin edilməməlidir Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. İcra işinə nəzarət gücləndirilsin və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilərək icrası tezliklə təmin edilsin. Şikayət qalan hissədə təmin edilməsin Qərardaddan tərəflərə rəsmi qaydada verlidikdən sonra 10 gün müddətinə Ağcabədi Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov.
Məhkəmə qərarları › İş №8(017)-186/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-186/2025
30.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver