Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-187/2025 24.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, 23 dekabr 2025ci il tarixli, 142 №-li təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ağcabədi Asan Xidmət mərkəzinin Notariat ofisinin 8İ-13834 nömrəli, 16 sentyabr 2025-ci il tarixli icra sənədinə əsasən borclular X2, X1, Borclu və X3 18532,41 manat məbləğində pulun tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emin Qasımov təqdimatla məhkəməyə müraciət edərək Ağcabədi «Asan xidmət» mərkəzinin Notariat ofisinin 8İ-13834 nömrəli, 16 sentyabr 2025-ci il tarixli icra qeydinə əsasən borclular X2, X1, Borclu və X3 18532,41 manat məbləğində pulun tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsinin qət edildiyini, icra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə icra məmuru tərəfindən qanuni olaraq bildiriş göndərildiyini, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlmədiyini, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırdığını, iş üzrə elektron sorğu əsasında Hyundai Santafe markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu adına qeydiyyata alındığını və həmin icra vərəqəsinə əsasən başlanmış icra işinin, Borclu adına qeydiyyata alınmış Hyundai Santafe markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli qərardadı ilə Borclu adına qeydiyyata alınmış Hyundai Santafe markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. İş üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu adına qeydiyyata alınmış Hyundai Santafe markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tələbkar ASCnin PKİD-nin bölgə rəhbəri X5 rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizənin surətindən görünür ki, iş üzrə borclu X6 Tələbkar ASC-yə müraciət edərək ona güzəşt edilməsini xahiş etmiş və Tələbkar ASC borclu X4 müraciətini nəzərə alaraq İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2. və 50.9. maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-165/2025 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan Hyundai Santafe markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev
Məhkəmə qərarları › İş №8(017)-187/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-187/2025
24.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver