Məhkəmə qərarları › İş №8(017)-22/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-22/2025

20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-22/2025 20.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi Tələbkar etibarnamə üzrə nümayəndəsi anası Nümayəndə iştrakı ilə, Ərizəçi Tələbkar Borclu qızına qarşı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Tələbkar Borclu qarşı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi tələbinə dair ərizəs ilə Ağcabədi rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi Tələbkar etibarnamə üzrə nümayəndəsi anası Nümayəndə məhkəməyə ərizə təqdim edərək ərizənin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəçi Tələbkar oğlu iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını tələb etdiyi üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizəçi Tələbkar Borclu qarşı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçi Tələbkar qaytarılsın. Qərardaddan 10 gün müddətinə Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar