Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-32/2025 07.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Borclu iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(017)-1375/2023 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə ərizəçi Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Tələbkar etibarnamə üzrə nümayəndəsi atası X3 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(017)-1375/2023 nömrəli qətnaməsi əsasında 11 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş aliment miqdarının bu günə olan minimum əmək haqqı miqdarına indeksasiya edilərək minimum əmək haqqı məbləğinə indeksiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2023cü il tarixli, 2(017)-1375/2023 nömrəli qətnaməsi əsasında 11 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay 110 manat sabit pul məbləğində alimentin ərizəçinin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamənin qəbul edilməsindən hazırkı tarixədək xeyli müddət keçmişdir. Həmin müddət ərzində ölkə üzrə yaşayış minimumu, qida məhsullarının qiyməti, geyim məhsullarının qiyməti və s. artsa da, Borclu uşağın saxlanması üçün alimentdən başqa heç bir maddi dəstək göstərməmişdir. Uşağın maddi təminatını təyin olunan aliment məbləği ilə ödəməkdə çətinlik çəkir. Ona görə də göstərdiklərini nəzərə alaraq Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(017)- 1375/2023 nömrəli qətnaməsi əsasında 11 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş aliment miqdarının bu günə olan minimum əmək haqqı miqdarına indeksasiya edilərək minimum əmək haqqı məbləğinə indeksiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Tələbkar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsaslanaraq ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu ərizəni qəbul etmədi və izahatında göstərdi ki, Tələbkar ilə faktiki olaraq ailə qurmuşlar və onların faktiki nikahlarından xx.xx.2014-cü il tarixdə X2 adlı bir nəfər uşaqları anadan olmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(017)-1375/2023 nömrəli qətnaməsi əsasında 11 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 110 manat sabit pul məbləğində alimentin ərizəçinin xeyrinə tutulması qət edilmişdir. Heç bir yerdə işləmir və maddi vəziyyəti çətin olduğu üçün 110 manatdan artıq aliment ödəyə bilmir. Ona görə də ərizənin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş və məhkəmə iclasında elan olunmuş Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(017)-1375/2023 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından 11 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay 110 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında 2023-cü ildə ölkə üzrə minimum aylıq əmək haqqının məbləğinin 345 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 misli təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə hazırda indeksasiya edilməli olan alimentin Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2023cü il tarixli, 2(017)-1375/2023 nömrəli qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(017)-1375/2023 nömrəli qətnaməsinə əsasən tutulan aliment məbləği indeksasiya edilməli, 11 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,31 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(017)-1375/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. 11 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,31 (sıfır tam yüzdə otuz bir) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №8(017)-32/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-32/2025
07.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver