Məhkəmə qərarları › İş №8(017)-34/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-34/2024

16.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-34/2024 16.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-57/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən Borclu hər ay cəmi 220 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhram Cəfərov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay cəmi 220 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu yaşadığı Ağcabədi rayon, Ağabəyli kəndinə çağırış vərəqəsinin göndərilsə də, o icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlməmiş, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmış, aidiyyatı orqanlara sorğular verilmiş və sorğuya cavab olaraq Borclu adına hər hansı bir əmlak aşkar olunmamışdır. Ona görə də, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş təqdimat vermiş şəxs və Borclu heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etmirlər və məhkəmə təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhram Cəfərovun təqdimatından görünür ki, dəfələrlə Borclu yaşadığı Ağcabədi rayon, Ağabəyli kəndinə çağırış vərəqəsi göndərilsədə o, borcunu ödəməmiş, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlməmiş və bununla da icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmışdır. İş üzrə aidiyyatı orqanlara sorğular verilmiş, sorğuya cavab olaraq Borclu adına hər hansı bir əmlak aşkar olunmamışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Qəbul edilən qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ, borclu olduğu məbləği tam ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264-cü maddələrini, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-57/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ, borclu olduğu məbləği tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar