Məhkəmə qərarları › İş №8(017)-39/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-39/2025

13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-39/2025 13.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-365/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay cəmi 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu hər ay cəmi 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi barədə Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-365/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi 27 iyun 2024-cü il tarixdə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur və həmin gün icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü olaraq tələb ödəməmişdir. Ona görə də, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Təqdimata baxılması 13 mart 2025-ci il tarixə, saat 09:30-a Ağcabədi Rayon Məhkəməsinin binasına təyin edilmiş, təqdimatı verən şəxs X3 və Borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş, lakin onlar üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-365/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi 17 fevral 2025-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icra məmuru tərəfində həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin, təqdimatı verən icra məmuru icra sənədinin könüllü icrası ilə bağlı bildirişin borcluya götdərilməsini və alınmasını təsdiq edən sənədi, bildirişdə müəyyən edilmiş vaxtda icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsini təsdiq edən sübutları təqdimata əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-365/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-365/2025 saylı, xx.xx.2025-ci il icra sənədinə əsasən Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 gün müddətinə Ağcabədi Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar