Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-40/2024 14.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-229/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən Borclu hər ay cəmi 180 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu hər ay cəmi 180 manat məbləğində aliment tutularaq Tələbkar ödənilməsi barədə Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-229/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi 23 may 2024-cü il tarixdə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur və həmin gün icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü olaraq tələb ödəməmişdir. Ona görə də, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Təqdimata baxılması 14 iyun 2024-cü il tarixə, saat 09:15-ə Ağcabədi Rayon Məhkəməsinin binasına təyin edilmiş, təqdimatı verən şəxs X3 və Borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş, lakin onlar üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, təqdimatı verən şəxs icra sənədinin könüllü icrası üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsini təsdiq edən sübutları təqdimata əlavə etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-229/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-229/2024 saylı, xx.xx.2024cü il icra sənədinə əsasən Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 gün müddətinə Ağcabədi Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №8(017)-40/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-40/2024
14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver