Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-57/2023 20.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, ərizəçi Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması məhdudiyyətinin müvəqqəti götürülməsi barədə ərizəsinə məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şirvan Kommerrsiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(12) 45/2021 №-li, 07 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən 16900 manat məbləğində pulun X1 xeyrinə ödənilməsi, Şirvan Kommerrsiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(12)-53/2021 №-li, 16 mart 2021-ci il tarixli qətnaməsinə əsasən 9314 manat məbləğində pulun Zaminbank ASC-nin xeyrinə ödənilməsi və Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-1465/2017 №-li, 13 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən 4488 manat məbləğində pulun Finca Azərbaijan MMQBK-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xatir Məmmədovun təqdimatına əsasən Ağcabədi Rayon Məhkəməsinin 8(017)-67/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh Borclu ölkədən getmək hüququ borclu olduğu məbləğ tam ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. İş üzrə cavabdeh Qədimov X3 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Şirvan Kommerrsiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(12) 45/2021 №-li, 07 aprel 2021-ci il tarixli, Şirvan Kommerrsiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(12)-53/2021 №-li, 16 mart 2021-ci il tarixli və Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-1465/2017 №-li, 13 iyun 2017-ci il tarixli icra sənədinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 8(017)-67/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını, yoldaşının müalicəyə ehtiyacı olduğunu, yoldaşının səhhətində ciddi problemlər olduğunu, müalicəsinin yalnız xarici ölkələrdə olduğunu bildirərək ölkədən getmək hüququnun məhdudlaşdırılması məhdudiyyətinin müvəqqəti götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu ərizəni müdafiə edərək göstərilən xüsusatları nəzərə alıb ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, yoldaşı şəhid qızıdır. qətnamənin icrasından boyun qaçırmır. Yoldaşının müalicə və müayinə olunması üçün bir ay müddətində Rusiya Federasiyasında olacaqdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, Borclu yoldaşı X2 müalicəyə ehtiyacı vardır. Eyni zamanda X2 xəstəliyi ilə əlaqədar müalicə olunması üçün borclu ölkədən getmək məcburiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Borclu 01 (bir) ay müddətinə xarici ölkəyə getməyi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənara müvəqqəti çıxmasına icazə verilsin. Qərarın icrası Ağcabədi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №8(017)-57/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-57/2023
20.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver