Məhkəmə qərarları › İş №8(017)-66/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-66/2025

13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-66/2025 13.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Tələbkar və Borclu iştirakı ilə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-60/2023 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə ərizəçi Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-60/2023 nömrəli qətnaməsi əsasında xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş aliment miqdarının bu günə olan minimum əmək haqqı miqdarına indeksasiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu ərizənin baxılmamış saxlanmasına etiraz etmədi. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ ərizəçiyə məxsusdur. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin vəsatəti təmin edilərək, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1, 259.0.11və 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-60/2023 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə ərizəçi Tələbkar ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar