Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-68/2024 23.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 06 avqust 2024-cü il tarixli, 175 №-li təqdimata məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-836/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh X3 3555 manat məbləğində pulun tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhram Cəfərov təqdimatla məhkəməyə müraciət edərək Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-836/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh X3 3555 manat məbləğində pulun tutularaq iddiaçı X2 xeyrinə ödənilməsinin qət edildiyini, iş üzrə borclu X4 yaşadığı Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 82-ə çağırış vərəqəsinin göndərildiyini, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlmədiyini, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırdığını, aidiyyatı orqanlara sorğular verildiyini, sorğuya cavab olaraq X4 adına hər hansı bir əmlakın aşkar olunmadığını bildirərək X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatından görünür ki, dəfələrlə X4 yaşadığı Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 82-ə çağırış vərəqəsi göndərilsədə o, borcunu ödəməmiş, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlməmiş və bununla da icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmışdır. İş üzrə aidiyyatı orqanlara sorğular verilmiş, sorğuya cavab olaraq X4 adına hər hansı bir əmlak aşkar olunmamışdır. Ona görə də «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Qəbul edilən qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPMnun 263, 264-cü maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-836/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X4 ölkədən getmək hüququ, borclu olduğu məbləği tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №8(017)-68/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-68/2024
23.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver