Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-69/2023 30.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi, ərizəçi Borclu iştirakı ilə Ərizəçi Borclu Ağcabədi Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(017)-31/2019 nömrəli qərardadının ləğv edilərək avtomobil üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Ağcabədi Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli, 2(017)-987/2017 nömrəli məhkəmə əmrinə əsasən kreditor Tələbkar ASC-nin xeyrinə borclular X1, X2 və Borclu birgə qaydada 4143 manat əsas, 929 manat faiz, 50 manat məbləğində cərimə borcu və 20 manat dövlət rüsumu tutulması əmr edilmişdir. Əmr icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. İş üzrə Maraqlı şəxs icra məmuru X3 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək ona məxsus QAZ 2705 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimata əsasən Ağcabədi Rayon Məhkəməsinin 14 fevral 2019cu il tarixli, 2(017)-31/2019 nömrəli qərardadı ilə ona məxsus QAZ 2705 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında iş üzrə ərizəçi Borclu izahatında göstərdi ki, 2(017)- 987/2017 nömrəli mülki iş üzrə şahid qismində işə cəlb edilmişdir. Həmin iş üzrə əsas borclu X1 olmuş, X2 və o, zamin olmuşdur. Buna baxmayaraq birbaşa ona məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. Ailənin yeganə qazanc gətirəni olmaqla həmin avtomobillə ailəsinin gündəlik dolanışığını təmin edir. Ağcabədi Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(017)-31/2019 nömrəli qərardadı ilə QAZ 2705 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulduqdan sonra avtomobili idarə edə bilmədiyini, iş üzrə zamin durduğunu, borcun hər ay əsas borclu tərəfindən ödənildiyini bildirərək Ağcabədi Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(017)-31/2019 nömrəli qərardadı ilə QAZ 2705 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, Ağcabədi Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli, 2(017)-987/2017 nömrəli məhkəmə əmrindən görünür ki, kreditor Tələbkar ASC-nin xeyrinə borclular X1, X2 və Borclu birgə qaydada 4143 manat əsas, 929 manat faiz, 50 manat məbləğində cərimə borcu və 20 manat dövlət rüsumu tutulması əmr edilmişdir. İş üzrə Borclu zamin kimi üzərinə məsuliyyəti götürmüşdür. İş materiallarına əlavə olunmuş, AC 148424 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, QAZ 2705 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Borcludur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, QAZ 2705 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157-163, 263- 264, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizə təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(017)-31/2019 nömrəli qərardadı ilə QAZ 2705 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №8(017)-69/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-69/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver