Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-69/2024 23.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, 05 iyul 2024-cü il tarixli, 71001 №-li təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ağcabədi Rayon Məhkəməsinin 2(017)-75/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X1, Borclu və X2 12428,99 manat məbləğində pulun və 127,9 manat məbləğində dövlət rüsumunun tutularaq tələbkar Bank Respublika ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nurəddin Hacıyev təqdimatla məhkəməyə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 75/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular X1, Borclu və X2 12428,99 manat məbləğində pulun və 127,9 manat məbləğində dövlət rüsumunun tutularaq tələbkar Bank Respublika ASC-nin xeyrinə ödənilməsinin qət edildiyini, icra sənədinin icrası ilə əlaqədar borclular X3, Borclu və X4 dəfələrlə icra məmuru tərəfindən qanuni olaraq bildiriş göndərildiyini, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlmədiyini, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırdığını, iş üzrə elektron sorğu əsasında VAZ 21061 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu adına qeydiyyata alındığını və həmin icra vərəqəsinə əsasən başlanmış icra işinin, Borclu adına qeydiyyata alınmış VAZ 21061 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra icraatının materiallarından görünür ki, iş üzrə icra sənədinin icrası ilə bağlı cavabdehlər X3, Borclu və X4 dəfələrlə çağırış vərəqəsi göndərilsədə borc ödənilməmiş, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlməmiş və bununla da icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmışdır. Təqdimata əlavə olunmuş məlumatın əldə edilməsi üçün sorğudan görünür ki, VAZ 21061 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyatdadır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2. və 50.9. maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi icra olunarkən əmlak üzərinə həbs qoyulması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248-254-cü maddələrində müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Ağcabədi Rayon Məhkəməsinin 2(017)-75/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu adına qeydiyyata alınmış VAZ 21061 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №8(017)-69/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-69/2024
23.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver