Məhkəmə qərarları › İş №8(017)-79/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-79/2025

13.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-79/2025 13.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, 03 iyun 2025-ci il tarixli təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ağcabədi Asan Xidmət mərkəzinin 8i-7029 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borcludan 61664,88 manat vaxdında ödənilməmiş borc və 1771,17 manat məbləğində cərimə və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun, cəmi 63461,05 manat məbləğində pulun Tələbkar ASC-nin xeyirinə ödənilməsi müəyyən edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhrəm Cəfərov təqdimatla məhkəməyə müraciət edərək Ağcabədi Asan Xidmət mərkəzinin 8i-7029 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu oğunun 61664,88 manat vaxdında ödənilməmiş borc və 1771,17 manat məbləğində cərimə və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun, cəmi 63461,05 manat məbləğində pul borcu olduğunu və həmin məbləğin tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsinin qət edildiyini, icra sənədinin icrası ilə əlaqədar borclular Borclu dəfələrlə icra məmuru tərəfindən qanuni olaraq bildiriş göndərildiyini, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlmədiyini, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırdığını və borclunun əmlakəna verilmiş sorğular zamanı “X3” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21061” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı **- XL-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR66L Yük” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR66L Yük” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı və “BMV M5” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iş üzrə elektron sorğu əsasında Borclu adına qeydiyyata alındığını və həmin icra vərəqəsinə əsasən başlanmış icra işinin, Borclu adına qeydiyyata alınmış “X3” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21061” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR66L Yük” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR66L Yük” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı və “BMV M5” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra icraatının materiallarından görünür ki, iş üzrə icra sənədinin icrası ilə bağlı cavabdehlər Borclu, Borclu və X1 dəfələrlə çağırış vərəqəsi göndərilsədə borc ödənilməmiş, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlməmiş və bununla da icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmışdır. Təqdimata əlavə olunmuş məlumatın əldə edilməsi üçün sorğudan görünür ki, “X3” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21061” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR66L Yük” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR66L Yük” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı və “BMV M5” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyatdadır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2. və 50.9. maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi icra olunarkən əmlak üzərinə həbs qoyulması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248-254-cü maddələrində müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Ağcabədi Asan Xidmət mərkəzinin 8i-7029 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu adına qeydiyyata alınmış “X3” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21061” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı **- XL-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR66L Yük” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR66L Yük” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı və “BMV M5” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sulduz Ləzimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar