Məhkəmə qərarları › İş №8(017)-8/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-8/2023

26.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-8/2023 26.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 09 dekabr 2023-cü il tarixli, 257 №-li təqdimata məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-963/2016 №-li, 07 aprel 2016cı il tarixli icra sənədinə əsasən cavabdeh X2, Borclu və X1 20596,39 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Lalə Quliyeva təqdimatla məhkəməyə müraciət edərək Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)- 963/2016 №-li, 07 aprel 2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh X2, Borclu və X1 20596,39 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASCnin xeyrinə ödənilməsinin qət edildiyini, iş üzrə Borclu yaşadığı Ağcabədi rayonunun Xocavənd kəndinə çağırış vərəqəsinin göndərildiyini, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlmədiyini, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırdığını, aidiyyatı orqanlara sorğular verildiyini, sorğuya cavab olaraq Borclu adına hər hansı bir əmlakın aşkar olunmadığını bildirərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Lalə Quliyevanın təqdimatından görünür ki, dəfələrlə Borclu yaşadığı Ağcabədi rayonunun Xocavənd kəndinə çağırış vərəqəsi göndərilsədə o, borcunu ödəməmiş, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlməmiş və bununla da icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmışdır. İş üzrə aidiyyatı orqanlara sorğular verilmiş, sorğuya cavab olaraq Borclu adına hər hansı bir əmlak aşkar olunmamışdır. Ona görə də «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Qəbul edilən qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-963/2016 №-li, 07 aprel 2016-cı il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ, borclu olduğu məbləği tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar