Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-162/2023 09.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Borclu iştirakı ilə, Maraqlı şəxs böyük icra məmuru X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Maraqlı şəxs böyük icra məmuru X1 Rayon Məhkəməsinə təqdimat verərək, Astara şəhəri, S.Vurğun küçəsi ev 107-də yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimatdan müəyyən edilir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli, 2(018)-766/2020 saylı icra sənədinə əsasən Borclu hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədləri üzrə icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilməsinə baxmayaraq,borclu tələbi könüllü olaraq icra etməmiş, çağrışlara gəlməmişdir. Maraqlı şəxsndə olan şifahi məlumata əsasən Borclu ölkə hüdudlarına gedib-gəlir. Ona görə də icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmədə Borclu bildirdi ki, aliment üzrə borcunu ödəyəcək. Ona görə təqdimatın təmin edilməməsi barədə qərar çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli, 2(018)-766/2020 saylı icra sənədinə əsasən Borclu hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunvericilik borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının icra məmurunun hər hansı təqdimatı deyil, əsaslandırılmış təqdimatı əsasında qəbul edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli, 2(018)-766/2020 saylı icra sənədi icraya yönəldikdən sonra Borclu icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, o, həmin sənədi könüllü icra etməmiş, icra sənədini hansı səbəbdən icra etməməsi ilə bağlı Maraqlı şəxsnə heç bir məlumat verməmişdir. Qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli, 2(018)-766/2020 saylı icra sənədi üzrlü səbəb olmadan icra etməmişdir. Məhkəmə borclunun ölkə ərazisini tərk etdiyi təqdirdə Bakı şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli, 2(018)-766/2020 saylı icra sənədinin icra oluna bilməməsini nəzərə alaraq, hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Beləliklə, məhkəmə, Maraqlı şəxs icra məmurunun təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalı, Bakı şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli, 2(018)-766/2020 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli, 2(018)- 766/2020 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(018)-162/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-162/2023
09.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver