Məhkəmə qərarları › İş №8(018)-18/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-18/2023

14.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-18/2023 14.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, X1 Şirvan Apelyasiya Məhkəməsinin 2-2(106)-89/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi və ya 3 ay möhlət verilməsinə dair ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Şirvan Apelyasiya Məhkəməsinin 2- 2(106)-89/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə və ya 3 ay möhlət verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmşdır ki, Şirvan Apelyasiya Məhkəməsinin 2-2(106)-89/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən borclu "xxxx" MMC-dən 10150 (on min yüz əlli) manat məbləğində pul alınaraq tələbkar X4 ödənilməlidir. Hazırda icra məmurları yaranmış borcu borcludan tələb edirlər. Qeyd olunan pul vəsaitini bir dəfəyə ödəməyə imkanları olmadığını, yalnız borcu hissə-hissə ödəmək iqtidarında olduğunu və yaxud 3 ay möhlət verilməsini xahiş edir. Amma icra məmurları həmin məbləğin hissə-hissə ödənilməsi barədə məhkəmə qərarı olmadığı üçün "xxxx" MMC -dən həmin məbləği bir dəfəyə ödəməyini tələb edirlər. Maraqlı şəxsnə, borclu "xxxx" MMC-nə və tələbkar X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Maraqlı şəxs, borclu "xxxx" MMC-nin nümayəndələrinin və tələbkar X3 iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin 2-2(106)-89/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə və yaxud 3 ay möhlət verilməsinə dair, yəni borclu "xxxx" MMC-dən 10150 (on min yüz əlli) manat məbləğində pul alınaraq tələbkar X4 ödənilməsi barədə borclu "xxxx" MMC-nin nümayəndəsi X1 ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İş materiallarından göründüyü kimi X2, borclu "xxxx" MMC-dən 10150 manat məbləğində pul alınaraq tələbkar X4 ödənilməsi ilə əlaqədar Şirvan Apelyasiya Məhkəməsinin 2-2(106)-89/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi və ya 3 ay möhlət verilməsinə dair icra edilməsi üçün əsas gətirdiyi halları təsdiq edən hər hansı bir sübutu və həmçinin onun borclu "xxxx" MMC-nin nümayəndəsi olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Şirvan Apelyasiya Məhkəməsinin 2- 2(106)-89/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi və ya 3 ay möhlət verilməsi barədə ərizəsi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Şirvan Apelyasiya Məhkəməsinin 2-2(106)-89/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi və ya 3 ay möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar