Məhkəmə qərarları › İş №8(018)-20/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-20/2023

20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-20/2023 20.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X1 və tələbkar "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, X1 Astara Rayon Məhkəməsinin 2(018)-493/2022 nömrəli,xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası üzrə əmək haqqlarından 15 faiz tutulmasına dair ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 ərizəsi ilə Astara Rayon Məhkəməsinin 2(018)-493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası üzrə əmək haqqlarından 15 faiz tutulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə X3 ərizəsinin təmin olunması barədə qərar qəbul etməyi məhkəmədən xahiş etdi. X3 ərizəsini onunla əsaslandırmşdır ki, Astara Rayon Məhkəməsinin 2(018)-493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X3 və qeyrisindən 7572 (yeddi min beş yüz yetmiş iki) manat, 90 (doxsan) qəpik pul və 70 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. Qeyd etmişdir ki, borc məbləğinin çox hissəsi tələbkara ödənilmişdir. Həmçinin icra sənədi üzrə borc məbləği onun aldığı əmək haqqından 50 faizi və atasının aldığı təqaüddən 50 faizi tutulur.Pandemiya ilə əlaqədar və müəyyən maddi problemlərlə bağlı qətnamənin icrasını təmin etməkdə çətinlik çəkdiyini bildirmişdir. Qeyd olunan pul vəsaitini bir dəfəyə ödəməyə imkanları olmadığını, yalnız qətnamə üzrə borcun əmək haqqlarından 15 faizinin tutulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə tələbkar "xxxx" QSC-nin nümayəndəsi X5 bildirdi ki, X3 muhasib işləyir və barəsində olan qətnamə ilə əlaqədar öz əmək haqqından tutma aparmır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etdi. Məhkəmə X3nu və tələbkar "xxxx" QSC-nin nümayəndəsi X4 dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Astara Rayon Məhkəməsinin 2(018)-493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası üzrə əmək haqqlarından 15 faiz tutulması barədə X1 ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 63.1.2-ci maddəsinə əsasən, icra sənədində göstərilən tələb üzrə tutmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda tutulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İş materiallarından göründüyü kimi X3, ondan, atası X10 və X7, müştərək qaydada, 7572 (yeddi min beş yüz yetmiş iki) manat 90 (doxsan) qəpik pul və 70 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməsi ilə əlaqədar Astara Rayon Məhkəməsinin 2(018)-493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası üzrə əmək haqqlarından 15 faiz tutulmasına dair icra edilməsi üçün əsas gətirdiyi halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Astara Rayon Məhkəməsinin 2(018)- 493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası üzrə əmək haqqlarından 15 faiz tutulması barədə ərizəsi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Astara Rayon Məhkəməsinin 2(018)-493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası üzrə əmək haqqlarının 15 faizinin tutulmasına dair, yəni tələbkar "xxxx" QSC-nin xeyrinə tutulmalı olan 7572 (yeddi min beş yüz yetmiş iki) manat, 90 (doxsan) qəpik məbləğində pulun əmək haqqlarının 15 faizindən tutulması barədə ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar