Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-22/2023 22.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Astara rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Astara rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 Rayon Məhkəməsinə təqdimat verərək, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimatdan müəyyən edilir ki, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(018)-122/2020 saylı icra sənədinə əsasən Borclu hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment və 30 manat məbləğində pul tutularaq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi üzrə icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilməsinə baxmayaraq, borclu tələbi könüllü olaraq icra etməmiş, çağrışlara gəlməmişdir. Ona görə də icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə icra tədbirləri görülərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər və Astara rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(018)-122/2020 saylı icra sənədindən görünür ki, Borclu hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment və 30 manat məbləğində pul tutularaq Tələbkar verilməlidir. İş materiallarında olan xx.xx.2022-cu il tarixli bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunvericilik borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının icra məmurunun hər hansı təqdimatı deyil, əsaslandırılmış təqdimatı əsasında qəbul edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(018)-122/2020 saylı icra sənədi icraya yönəldikdən sonra Borclu icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, o, həmin sənədi könüllü icra etməmiş, icra sənədini hansı səbəbdən icra etməməsi ilə bağlı Astara rayon İcra və probasiya şöbəsinə heç bir məlumat verməmişdir. Qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Borclu Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(018)-122/2020 saylı icra sənədi üzrlü səbəb olmadan icra etməmişdir. Məhkəmə borclunun ölkə ərazisini tərk etdiyi təqdirdə Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(018)-122/2020 saylı sənədinin icra oluna bilməməsini nəzərə alaraq, hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Beləliklə, məhkəmə, Astara rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalı, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(018)-122/2020 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(018)-122/2020 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(018)-22/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-22/2023
22.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver