Məhkəmə qərarları › İş №8(018)-23/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-23/2023

22.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-23/2023 22.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Borclu1 iştirakı ilə, Tələbkar "xxxx" ASC-nin borclular Borclu1 və qeyrilərinə qarşı “borc tələbinə dair” Astara Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli, 2(018)-30/2012 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə tələbkar "xxxx" ASC tərəfindən verilmiş ərizəyə Astara Rayon Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Astara Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli, 2(018)-30/2012 saylı icra vərəqəsinə əsasən borclular Borclu1, Borclu2, Borclu3 və Borclu4 qızından müştərək qaydada 2447.08 ABŞ dolları məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC yə ödənilməlidir. İş üzrə tələbkar "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ilə müraciət olunaraq Astara Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli, 2(018)-30/2012 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir İş üzrə tələbkar "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli, 2(018)-30/2012 saylı icra vərəqəsinə əsasən borclular Borclu1, Borclu2, Borclu3 və Borclu4 qızından müştərək qaydada 2447.08 ABŞ dolları məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC -yə ödənilməlidir. Lakin icra sənədi hazırki günə qədər icra olunmamış, borclular tərəfindən tələbkar təşkilata borc məbləğinin ödənilməsi lazımı qaydada təmin edilməmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli, 2(018)-30/2012 saylı icra sənədinin yenidən icraya yönləndirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Borclu1 bildirdi ki, qətnamə üzrə borclarından ödəniş edilib, lakin nə qədər borcları qaldığını bilmir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Astara İcra və Probasiya şöbəsinin 11 dekabr 2018-ci il tarixli qərarından görünür ki, “İcra Haqqında “ Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədi geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz əksini tapmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000.ECHR.2002). Daha sonra, həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mirzəyev Azərbaycana qarşı” 03 dekabr 2009-cu il tarixli iş üzrə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin, Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tərəflərə verilən prosessual təminatları - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - təfsilatı ilə izah etməsi müqabilində, məhkəmə qərarlarının icrasının qorunmaması ağlasığmaz olar; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırılmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxara bilər. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə qərarının təxirə salınması elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun. Hakimiyyət orqanları məhkəmə qərarını icra etmək üçün hərəkət etmək öhdəliyi altında olduqda və bunu etmədikdə, onların hərəkətsizliyi Konvensiyanın 6-cı maddəsinin birinci bəndi üzrə dövlətin məsuliyyətinə səbəb ola bilər. Məhkəmə hesab edir ki, tələbkar "xxxx" ASC tərəfindən verilmiş icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin olunmalıdır. Belə ki, tələbkar "xxxx" ASC borcludan borc tələb edir. Tələbkar hazırda həmin tələb barədə icra sənədinin icra edilməsində israrlıdır. Sadalanan qanunvericilik aktı normalarını və işin halların əsas götürən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Astara Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli, 2(018)- 30/2012 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Tələbkar "xxxx" ASC tərəfindən verilmiş ərizə təmin edilsin. Astara Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli, 2(018)-30/2012 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar