Məhkəmə qərarları › İş №8(018)-26/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-26/2023

27.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-26/2023 27.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X1 iştirakı ilə, X1 «ölkədən xaricə getməyi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verilməsinə dair» ərizəsinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, «ölkədən xaricə getməyi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verilməsinə dair» qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə X2 ərizəsinin təmin edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etdi. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(018)-733/2013 saylı qətnaməsinə əsasən ondan 2049,42 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-yə verilməlidir. Həmin mülki iş üzrə icra sənədinin icrası ilə əlaqədar Astara rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 8(018)-138/2022 saylı qərardadına əsasən onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Qeyd etmişdir hazırda tələbkara olan borc məbləğinin 50 faizini yəni 1025 (min iyimi beş) manatını tələbkar təşkilata ödədiyini və məbləğin qalan hissəsini də ödənişini təmin edəyəcəyini bildirmişdir.Ona görə də məhkəmədən «ölkədən xaricə getməyi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verilməsinə dair» qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə və tələbkar "xxxx" KB ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Maraqlı şəxs və tələbkar "xxxx" KB ASC-nin nümayəndələrinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizədə göstərilən xüsusatlara və ərizəyə əlavə olunmuş sənədlərə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, məhkəməyə əsaslı sübut təqdim olmadığından ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 8(018)- 138/2022 saylı qərardadının surətindən görünür ki, Astara rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(018)-733/2013 saylı icra sənədi üzrə borclu X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşıdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə müəyyən edildi ki, Astara rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(018)- 733/2013 saylı icra sənədi üzrə borclu X2 09 (doqquz) il ərzində "xxxx" KB ASC-yə olan borcunun bir hissəsini yalnız, Astara Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 8(018)-138/2022 saylı qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşıdırıldıqdan sonra, xx.xx.2023-cü il tarixdə 1025 manatını ödəmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə hesab edir ki, borclu X1 «ölkədən xaricə getməyi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verilməsi barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ölkədən xaricə getməyi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar