Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-27/2023 27.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Astara rayon İcra və X3 Apelyasiya Məhkəməsinin 3(106)-298/2022 saylı, 29 iyul 2022-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimata Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Apelyasiya Məhkəməsinin 3(106)-298/2022 saylı, 29 iyul 2022-ci il tarixli icra sənədi üzrə borclu iBorclu məxsus “Lexus NX300” minik markalı, ** NY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Astara rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 verdiyi təqdimatı onunla əsaslandırmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin 3(106)-298/2022 saylı, 29 iyul 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1500(min beş yüz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə icraata başlanılmasına baxmayaraq, Borclu həmin qərarın icrasından yayınmışdır. Odur ki, borclunun adına qeydiyyatda olan “Lexus NX300” minik markalı, ** NY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Borclu və Astara rayon İcra və Probasiya şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırkı işə Borclu və Astara rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş sənədlərində olan Şirvan Apelyasiya Məhkəməsinin 3(106)-298/2022 saylı, 29 iyul 2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 1500(min beş yüz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş sənədlərində olan Astara rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Borclu Şirvan Apelyasiya Məhkəməsinin 3(106)-298/2022 saylı, 29 iyul 2022-ci il tarixli icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşdə olan 189417/2022-59-4 nömrəli icra işi üzrə verilmiş sorğu əsasında alınmış sənədin surətindən görünür ki, Borclu adına “Lexus NX300” minik markalı, ** NY *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarından görünür ki, borclunun manat və ya xarici valyuta ilə pul vəsaitləri və digər sərvətləri müəyyən edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən iclas qərarınin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq rəisi vəzifəsini icra edənnun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsi üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Məhkəmə hesab edir ki, qərarın icrasını təmin etmək məqsədilə Şirvan Apelyasiya Məhkəməsinin 3(106)-298/2022 saylı, 29 iyul 2022-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus olan “Lexus NX300” minik markalı, ** NY *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqdimat təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin 3(106)-298/2022 saylı, 29 iyul 2022-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus olan “Lexus NX300” minik markalı, ** NY *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(018)-27/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-27/2023
27.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver