Məhkəmə qərarları › İş №8(018)-33/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-33/2025

03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-33/2025 03.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, X1 iştirakı ilə, X1 ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin 05 noyabr 2013cü il tarixli 2(106)-921/2013 saylı qətnaməsi ilə X6 yetkinlik yaşına çatanadək saxlanması üçün qət edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli 2(106)-921/2013 saylı qətnaməsi ilə 18 dekabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Alimentin tutulması 18 fevral 2012-ci il tarixdən qət edilmişdir. Həmin dövrdən halhazıradək aliment indeksasiya olunmamışdır. X2 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayənədsinin ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli 2(106)-921/2013 saylı qətnaməsindən görünür ki, X6 yetkinlik yaşıba çatanədək saxlanılması üçün 18 fevral 2014-cü il tarixdən başlayaraq cavabdehdən hər ay 90 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasıyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir, istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0 74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il uzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2.-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas tutmaqla hesab edir ki, tələbkar məhkəmə qətnaməsi ilə tutulması qət edilən sabit pul məbləğində alimentin indeksasiya edilməsi barədə ərizə verməkdə haqlıdır. Belə ki, tələbkarın nümayəndəsi ərizəsini 2025-ci il üzrə ölkə üzrə minimum yaşayış və əmək haqqının artımı ilə əlaqələndirmiş və tutulması qət edilən aliment məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilmişdir. Qətnamə qəbul edilərkən ölkə üzrə minimum əmək haqqı 100 manat müəyyən edilmiş, hazırda isə ölkə üzrə minimum əmək haqqı 400 manat miqdarında müəyyən edilməkdədir. Bu səbəbdən ərizə təmin edilməli, 100 manat sabit pul məbləğində aliment ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli miqdarında müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, minimum əmək haqqının müvafiq misli hesablanarkən 2013-cü ildə ölkə üzrə minimum əmək haqqının 105 manat olması nəzərə alınmalı və 100 manatın 105 manatın 0.95 misli olduğu qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 232.3.-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 232, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli 2(106)-921/2013 saylı qətnaməsi ilə 18 dekabr 2011-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün) müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar