Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-42/2025 10.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimat verərək, Astara rayonu, Səncərədi kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimatdan müəyyən edilir ki, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(018)-132/2024 saylı icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanədək saxlanılması üçün cəmi 240 manat sabit pul məbləğində aliment alınıb tələbkar X3 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilməsinə baxmayaraq, borclu tələbi könüllü olaraq icra etməmiş, çağrışlara gəlməmişdir. Astara rayon İcra və probasiya şöbəsində olan şifahi məlumata əsasən Borclu ölkə hüdudlarına gedib-gəlir. Ona görə də icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər və Astara rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(018)-132/2024 saylı icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanədək saxlanılması üçün cəmi 240 manat sabit pul məbləğində aliment alınıb tələbkar X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə borclunun ölkə ərazisini tərk etdiyi təqdirdə Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(018)-132/2024 saylı sənədinin icra oluna bilməməsini nəzərə alaraq, hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Beləliklə, məhkəmə, Astara rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalı, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(018)- 132/2024 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(018)-132/2024 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(018)-42/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-42/2025
10.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver