Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-45/2025 12.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Borclu Maraqlı şəxs iştirakı ilə, X2 ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulan hər ay hər uşaq üçün 90 manat olmaqla, ümumilikdə 180 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2009-cu ildə Astara rayon Suparibağ kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində 01 nömrəli akt qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X11 dünyaya gəlmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X11 onun himayəsində saxlanılmışdır. Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 90 manat olmaqla cəmi 180 manat aliment kəsilmişdir. Məhkəmə iclasında borclu Maraqlı şəxs izahatında bildirmişdir ki, 400 manat əmək haqqı olur, əlavə aliment ödəməyə imkanı yoxdur, X4 alimentin indeksasiya edilməsinə dair ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Astara Rayon Məhkəməsinin 10 oktyabr 2018-cı il tarixli 2(018)-1052/2018 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X9 ilə Maraqlı şəxs arasında 12 yanvar 2009-cu il tarixində Astara rayon Suparibağ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 14 sentyabr 2009-cu il təvəllüdlü X10 və 28 yanvar 2013-cü il təvəllüdlü X5 anaları X6 himayəsində saxlanılmaları, 14 sentyabr 2009-cu il təvəllüdlü X7 və 28 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 13 mart 2018-ci il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2.-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas tutmaqla hesab edir ki, tələbkar məhkəmə qətnaməsi ilə tutulması qət edilən sabit pul məbləğində alimentin indeksasiya edilməsi barədə ərizə verməkdə haqlıdır. Belə ki, tələbkar ərizəsini 2025-ci il üzrə ölkə üzrə minimum yaşayış və əmək haqqının artımı ilə əlaqələndirmiş və tutulması qət edilən aliment məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilmişdir. Qətnamə qəbul edilərkən ölkə üzrə minimum əmək haqqı 130 manat müəyyən edilmiş, hazırda isə ölkə üzrə minimum əmək haqqı 400 manat miqdarında müəyyən edilməkdədir. Bu səbəbdən ərizə təmin edilməli, 90 manat sabit pul məbləğində aliment ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli miqdarında müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, minimum əmək haqqının müvafiq misli hesablanarkən qətnamədə alimentin hesablanmalı olduğu tarixdən, yəni 2018-ci ildə ölkə üzrə minimum əmək haqqının 130 manat olması nəzərə alınmalı və 90 manatın 130 manatın 0.692 misli olduğu qeyd edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.11-1 bəndində məhkəmələrə izah edilir ki, Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə hesab edir ki, tutulması qət edilən alimentin indeksasiyası məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 232.3.-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 232, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Astara Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(018)-1052/2018 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs tutulan aliment hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.692 misli həddində indeksasiya olunsun. Alimentin bu qaydada tutulması 03 mart 2025-ci il tarixdən hesablansın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №8(018)-45/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-45/2025
12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver