Məhkəmə qərarları › İş №8(018)-47/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-47/2023

15.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-47/2023 15.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Tələbkar və Astara rayon İcra və Probasiya Şöbəsinə ezam olunmuş böyük icra məmuru X1 iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(018)-1217/2022 saylı icra sənədinə əsasən 01 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 sentyabr 2022-ci il tarixindən başlayaraq borlcu Borclu hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Astara rayon İcra və Probasiya Şöbəsinə ezam olunmuş böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(018)-1217/2022 saylı icra sənədinə əsasən Borclu Aybəniz adlı uşağın saxlanması üçün 12 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 130 manat alınıb onun xeyrinə verilməlidir. İş üzrə borclu tərəfindən bugünədək aliment ödənişi olunmadığını və icra məmurunun təqdimatının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru məhkəmədə etdiyi çıxışında göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(018)-1217/2022 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yaşayan xx.xx.1992-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Borclu ünvanına icra sənədinin könüllü icra etməsindən ötrü tərəflərindən icraata başlamaq haqqında qərar və bildiriş göndərilməsinə baxmayaraq O, icra sənədinin icrasını təmin etməmişdir, həmçinin Borclu barəsində qanunamüvafiq icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq O, Astara Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(018)-1217/2022 saylı icra sənədinin icrasından boyun qaçırmaqla tələbkara olan aliment borcunu ödəməkdən yayınmışdır. Aparılan icra tədbirləri nəticəsində Borclu Respublikadan kənara gediş-gəliş etdiyi aşkar olunmuşdur. Məhkəmə borclunu və icra məmurunu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlir ki, Astara Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(018)-1217/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş Astara Rayon İcra və Probasiya Şöbəsinin təqdimatından görünür ki, Borclu tələbkara olan borcunu ödəməkdən yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. İcraatda olan Astara Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(018)-1217/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad icra olunması üçün Astara Rayon İcra və Probasiya Şöbəsinə, məlumat üçün isə tərəflərə göndərilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar