Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-47/2025 12.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, X1 Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(018)-1165/2018 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(018)-1165/2018 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(018)-1165/2018 saylı icra sənədinin tələbinə əsasən, İdris və Xədicə adlı uşaqların saxlanılması üçün X4 hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində müəyyən edilmiş və həmin alimentin hesablanmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanılaraq X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi qanuni qüvvəsini almış və icra edilməsi üçün Maraqlı şəxsnə yönəldilmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə onun ərizəsinə əsasən icra sənədi icra olunmadan İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsi ilə məhkəməyə geri qaytarılmışdır. Qətnamədə qeyd olunan X7 adlı uşaq artıq yetkinlik yaşına çatmışdır. Cavabdeh alimenti ödəməyi vəd etsə də heç bir aliment ödəmir. İcra sənədinin qanunamüvafiq qaydada icra edilməsi üçün yenidən icraya yönəldilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra sənədi geri qaytarılmış və icra sənədinin geri qaytarılmasının əsası kimi tələbkarın ərizəsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin qanunun 23.1-ci maddəsinə əsasən: 1) tələbkarın ərizəsi əsasında; 2) borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 3) borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 4) tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 5) tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduğu hallarda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması qeyd olunmuşdur. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X2 tərəfindən verilmiş ərizə təmin edilsin. Astara Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(018)-1165/2018 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №8(018)-47/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-47/2025
12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver