Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-5/2023 02.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Tələbkar "xxxx" ASC-nin Borclu qarşı “borc tələbinə dair” Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)-1157/2020 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə tələbkar "xxxx" ASC tərəfindən verilmiş ərizəyə Astara Rayon Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)-1157/2020 saylı icra vərəqəsinə əsasən, Borclu 1349,06 AZN məbləğində pul və 30,40 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə tələbkar Azər-Türk Bank” ASC məhkəməyə ərizə ilə müraciət edərək, Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)-1157/2020 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. İş üzrə tələbkar "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)-1157/2020 saylı icra vərəqəsinə əsasən Borclu 1349,06 AZN məbləğində pul və 30,40 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC -nin xeyrinə ödənilməlidir. Lakin borclu üzərinə düşən öhdəliyi yerinə yetirmir, borc məbləğini tələbkar təşkilata ödəmir. Odur ki, Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)- 1157/2020 saylı icra sənədinin yenidən icraya yönləndirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. 2(018)-1157/2020 saylı mülki işə əlavə edilmiş Astara rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)-1157/2020 saylı icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən Astara Rayon Məhkəməsinə qaytarılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1ci maddəsində nəzərədə tutulan əsaslar aradan qaldırıldıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. İş üzrə tələbkar "xxxx" ASC ərizəsinə Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)-1157/2020 saylı icra sənədinin Astara rayon İcra və probasiya şöbəsi tərəfindən qaytarılmasına səbəb olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsində göstərilən əsasların, yəni borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmasını təsdiq edən sənəd əlavə etməmişdir. Məhkəmə hesab edir ki, tələbkar "xxxx" ASC-nin Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)-1157/2020 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3, 23.3cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar "xxxx" ASC -nin Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)- 1157/2020 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(018)-5/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-5/2023
02.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver