Məhkəmə qərarları › İş №8(018)-56/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-56/2024

22.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-56/2024 22.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, X3 və Maraqlı şəxs icra məmuru X4 iştirakları ilə X2 «ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi tələbinə dair» ərizəsinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə ilə müraciət edərək, «ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi tələbinə dair» qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(018)-142/2016 saylı icra sənədinə əsasən ondan və qeyrilərindən müştərək qaydada 1465,79 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınıb ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmin mülki iş üzrə icra sənədinin icrası ilə əlaqədar Astara Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, 8(018)-739/2017 saylı qərardadına əsasən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Astara Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 8(018)-850/2018 saylı qərardadı ilə ərizəsinin təmin olunduğunu və Astara Rayon Məhkəməsinin 8(018)-739/2017 saylı, 28 noyabr 2017-ci il tarixli qərardadına əsasən üzərinə qoyulmuş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 02 (iki) il müddətinə götürüldüyünü bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, himayəsində 3 azyaşlı övladı vardır. Övladlarından biri X1 problemlər olduğundan ölkə xaricində müalicə etməsi səbəbindən məhdudiyyətin ona problem yaratdığını və mütəmadi olaraq banka ödənişlər etdiyini qeyd etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 8(018)-739/2017 saylı, 28 noyabr 2017-ci il tarixli qərardadına əsasən üzərinə qoyulmuş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 02 (iki) il müddətinə götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs icra məmuru X8 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(018)-142/2016 saylı icra sənədinə əsasən borclular, X5 və qeyrilərindən müştərək qaydada 1465,79 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb tələbkar ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. Həmin mülki iş üzrə icra sənədinin icrası ilə əlaqədar Astara rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, 8(018)-739/2017 saylı qərardadına əsasən X6 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Astara Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(018)-142/2016 saylı icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən 11 dekabr 2018-ci il tarixli qərarla icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələbinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X6 ərizəsində göstərdiyi xüsusatlara, və ərizəyə əlavə olunmuş sənədlərə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, 8(018)-739/2017 saylı qərardadından görünür ki, X6 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Ərizəyə əlavə olunmuş xəstəxana sənədlərindən məlum olur ki, X6 oğlu X10 həqiqətən “Serebral iflic, yerişin və hərəkətin pozulması” diaqnozu ilə xəstədir. Ərizəyə əlavə olunmuş Maraqlı şəxs 11 dekabr 2018-ci il tarixli qərarının surətindən məlum olur ki, Astara Rayon Məhkəməsinin 2(018)-142/2016 saylı, 18 fevral 2016-cı il tarixli icra sənədi “İcra Haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, Astara rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, 8(018)-739/2017 saylı qərardadına əsasən X6 ölkədən çıxışına qoyulmuş məhdudiyyət 02 (iki) il müddətinə götürülməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. X2 Astara Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, 8(018)-739/2017 saylı qərardadına əsasən ölkədən çıxışına qoyulmuş məhdudiyyət 02 (iki) il müddətinə götürülsün. Qərardaddan 10 (on) gün müddətinə Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar