Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-63/2023 25.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 01 noyabr 2017-ci il tarixli, 2(018)-1748/2017 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Astara rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimata və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyənetdi: Astara rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimat ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli, 2(018)-1748/2017 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Astara rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Astara rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 göstərdi ki, Astara Rayon Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli, 2(018)-1748/2017 saylı icra sənədinə əsasən Borclu hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. Həmin icra sənədi icraata daxil olmuş və qanuna müvafiq tədbirlər görülərək, Borclu Astara rayon İcra və probasiya şöbəsinə gəlməsi ilə bağlı yaşadığı ünvana çağırış vərəqələri göndərilmişdir. Bütün bunlara baxmayaraq, O, Astara rayon İcra və probasiya şöbəsinə gəlməkdən imtina etmiş, çağırışlara gəlməmiş, qəsdən boyun qaçırmışdır. Bu səbəbdən Astara Rayon Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli, 2(018)-1748/2017 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Borclu və Astara rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırkı işə Borclu və Astara rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, Borclu məcburi gətirilməsi barədə Astara rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 01 noyabr 2017-ci il tarixli, 2(018)-1748/2017 saylı icra sənədinə əsasən Borclu hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. İş sənədlərində olan xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, Borclu Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 01 noyabr 2017-ci il tarixli, 2(018)-1748/2017 saylı icra sənədinə əsasən tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə hesab edir ki, Astara rayon İcra və probasiya şöbəsinin icraatında olan Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 01 noyabr 2017-ci il tarixli, 2(018)-1748/2017 saylı icra sənədinin icrasının təmin olunması üçün təqdimat təmin edilməli, Astara rayon İcra və probasiya şöbəsinin icraatında olan Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 01 noyabr 2017-ci il tarixli, 2(018)-1748/2017 saylı icra sənədinə əsasən, borclu ünvan 2i ünvanında yaşayan Borclu Astara rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməli və qərardadın icrası Astara rayon Polis şöbəsinə həvalə edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunu 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1, 84cü maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Astara rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 01 noyabr 2017-ci il tarixli, 2(018)-1748/2017 saylı icra sənədi üzrə ünvan 4i ünvanında yaşayan Borclu məcburi qaydada Astara rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Astara rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(018)-63/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-63/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver