Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-65/2023 25.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi , Borclular Borclu və X6 iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin 04 avqust.2022-ci il tarixli 2(106)-1633/2022 saylı icra sənədinə əsasən Borclu məxsus əmlakın “özünə dair hissəsinin” üzərinə həbs qoyulması barədə Astara rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Astara rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Apelyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(106)-1633/2022 saylı icra sənədinə əsasən Borclu məxsus «VAZ-21074» minik markalı, **-BR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(106)-1633/2022 saylı icra sənədinə əsasən, iddiaçı Tələbkar məxsus qızıl-zinət sep hörmə 20 qram 585 əyarlıq qiyməti 1200 manat, bilərzik 8 qram 585 əyarlıq qiyməti 500 manat, üzük göy qaşlı 5 qram 585 əyarlıq qiyməti 300 manat, üzük şal qaşlı 5 qram 585 əyarlıq qiyməti 300 manat, üzük qaşlı 4 qram 585 əyarlıq qiyməti 250 manat, sırğa 4 qram 585 əyarlıq 250 manat, bilrəzik nazik 5 qram 585 əyarlıq qiyməti 300 manat əşyaları cavabdehlər X7, X3 və Borclu -həmin əşyalar olmadıqda isə onların dəyəri 3100 manat alınaraq iddiaçı X2 verilməlidir. Qeyd olunan icra sənədi üzrə icra işi açılaraq, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və borcluya «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iclas qərarınin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbi icra etməmişdir. Borclunun əmlaklarının axtarışı nəticəsində, Borclu məxsus «VAZ-21074» minik markalı, **-BR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclası zamanı Borclu təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclası zamanı borclu X7 təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tələbkar X4 və Astara rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş sənədlərində olan Şirvan Apelyasiya Məhkəməsinin 04 avqust.2022-ci il tarixli 2(106)-1633/2022 saylı qətnaməsinə əsasən, iddiaçı Tələbkar məxsus qızıl-zinət sep hörmə 20 qram 585 əyarlıq qiyməti 1200 manat, bilərzik 8 qram 585 əyarlıq qiyməti 500 manat, üzük göy qaşlı 5 qram 585 əyarlıq qiyməti 300 manat, üzük şal qaşlı 5 qram 585 əyarlıq qiyməti 300 manat, üzük qaşlı 4 qram 585 əyarlıq qiyməti 250 manat, sırğa 4 qram 585 əyarlıq 250 manat, bilrəzik nazik 5 qram 585 əyarlıq qiyməti 300 manat əşyaları cavabdehlər X7, X3 və Borclu -həmin əşyalar olmadıqda isə onların dəyəri 3100 manat alınaraq iddiaçı X2 verilməlidir. İş sənədlərində olan Astara rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Borclu Astara rayon İcra və probasiya şöbəsinin icraatında olan Şirvan Apelyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(106)-1633/2022 saylı icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş sənədlərindən görünür ki, Borclu adına xx.xx.2022-ci ildə 2007-ci il istehsalı olan, «VAZ- 21074» minik markalı, **-BR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi qeydə alınmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarından görünür ki, borclunun manat və ya xarici valyuta ilə pul vəsaitləri və digər sərvətləri müəyyən edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən iclas qərarınin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq rəisi vəzifəsini icra edənnun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsi üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, qərarın icrasını təmin etmək məqsədilə Şirvan Apelyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(106)-1633/2022 saylı icra sənədinə əsasən Borclu mülkiyyətində olan «VAZ-21074» minik markalı, **-BR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə ona aid hissədə həbs qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin 04 avqust.2022-ci il tarixli 2(106)-1633/2022 saylı icra sənədinə əsasən Borclu mülkiyyətində olan «VAZ-21074» minik markalı, **-BR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə, ona aid hissədə, həbs qoyulsun. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(018)-65/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-65/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver