Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-67/2023 26.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə Tələbkar Bokt "xxxx" ASC-nin Borclu qarşı “borc tələbinə dair” Astara Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(018)-1038/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə tələbkar “Bokt "xxxx" ASC nümayəndəsi E.Həzərəliyev tərəfindən verilmiş ərizəyə Astara Rayon Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(018)-1038/2017 saylı icra vərəqəsinə əsasən Borclu 220 ABŞ dolları məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Bokt "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə tələbkar “Bokt "xxxx" ASC nümayəndəsi E.Həzərəliyev tərəfindən məhkəməyə ərizə ilə müraciət olunaraq Astara Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(018)-1038/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. İş üzrə tələbkar “Bokt "xxxx" ASC-nin nümayəndəsi E.Həzərəliyev ərizəsini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(018)-1038/2017 saylı icra vərəqəsinə əsasən Borclu 220 ABŞ dolları məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Bokt "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.Lakin borclu üzərinə düşən öhdəliyi yerinə yetirmir, borc məbləğini tələbkar təşkilata ödəmir. Odur ki, Astara Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(018)-1038/2017 saylı icra sənədinin yenidən icraya yönləndirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. İş materialında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundən görünür ki, Astara Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(018)-1038/2017 saylı icra vərəqəsinə əsasən Borclu 220 ABŞ dolları məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Bokt "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmaqla icra tədbirləri davam etdirilir. Məhkəmə hesab edir ki, Astara Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(018)- 1038/2017 saylı icra vərəqəsi hazırda Maraqlı şəxs icraatında olduğu üçün, tələbkar “Bokt "xxxx" ASC-nin nümayəndəsi E.Həzərəliyevin Astara Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(018)-1038/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269, 395-396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar “Bokt "xxxx" ASC-nin nümayəndəsi E.Həzərəliyevin Astara Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(018)-1038/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(018)-67/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-67/2023
26.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver