Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 8(018)-89/2023 24.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Borclu və Astara rayon İcra və Probasiya Şöbəsinə ezam olunmuş böyük icra məmuru X1 iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(018)-276/2023 saylı icra sənədinə əsasən Borclu 22 noyabr 2019-cu il tarixli, 012REST348905 saylı kredit müqaviləsi üzrə 3089,85 manat əsas borc, 25,37 manat faiz borcu, cəmi 3115,22 manat pul və 51,25 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Astara rayon İcra və Probasiya Şöbəsinə ezam olunmuş böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 2(018)-276/2023 saylı, 24 fevral 2023-cü il tarixli icra sənədinə əsasən ondan cəmi 3115,22 manat borc və 51,25 manat dövlət rüsumu alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Onun həmin borcu hazırda ödəməyə imkanı olmadığını və hazırda heç yerdə işləmədiyini bildirmişdir. Qazancı olduğu zaman həmin borcu ödəyəcəkdir. Hazırki vəziyyətini nəzərə alaraq təqdimatın təmin edilməməsini xahiş etmişdir. İcra məmuru məhkəmədə etdiyi çıxışında göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(018)-276/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Astara rayonunun Kakalos kənd sakini borclu xx.xx.1979-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Borclu ünvanına icra sənədinin könüllü icra etməsindən ötrü tərəflərindən icraata başlamaq haqqında qərar və bildiriş göndərilməsinə baxmayaraq O, icra sənədinin icrasını təmin etməmişdir, həmçinin Borclu barəsində qanunamüvafiq icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq O, Astara Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(018)-276/2023 saylı icra sənədinin icrasından boyun qaçırmaqla tələbkara olan borcunu ödəməkdən yayınmışdır. Aparılan icra tədbirləri nəticəsində Borclu Respublikadan kənara gediş-gəliş etdiyi aşkar olunmuşdur. Məhkəmə icra məmurunu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlir ki, Astara Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(018)-276/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş Astara Rayon İcra və Probasiya Şöbəsinin təqdimatından görünür ki, Borclu tələbkara olan borcunu ödəməkdən yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. İcraatda olan Astara Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(018)-276/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad icra olunması üçün Astara Rayon İcra və Probasiya Şöbəsinə, məlumat üçün isə tərəflərə göndərilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №8(018)-89/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №8(018)-89/2023
24.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver