Məhkəmə qərarları › İş №8(019)-128/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(019)-128/2025

19.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(019)-128/2025 19.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, ərizəçi Tələbkar nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Tələbkar alimentin indeksasiya edilməsi barədə ərizəsinə iş materialları ilə birlikdə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Tələbkar ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2012ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Balakən Rayon Məhkəməsinin e-2(019)-315/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin minimum əmək haqqına indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-315/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ərizənin verildiyi 15 fevral 2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, ona ödənilməlidir.Balakən Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icranın təmin edilməsi Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir.Hesab edir ki, yetkinlik yaşına çatmamış övladının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq, ərizə təmin edilməlidir. Məhkəmə iclasında Tələbkar nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(019)-315/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X4 ilə cavabdeh Borclu arasında bağlanmış və 05 mart 2019-cu il tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində 643 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2012-ci ildə doğulmuş X5 anası X2 yanında saxlanılması; ərizənin verildiyi 15 fevral 2022-ci il tarixdən başlayaraq xx.xx.2012ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X3 ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; hazırki qətnamə alimentin alınması hissəsində dərhal icra olunması; cavabdeh Borclu dövlət rüsumu kimi ödənilmiş 50 manat və mediasiyaya dair xərc kimi ödənilmiş 50 manat olmaqla, cəmi 100 manat məbləğində dövlət rüsumu tutularaq,iddiaçı X3 ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən reginol “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 08 sentyabr 2025-ci il tarixdə verilmiş 538 nömrəli arayışın surətindən görünür ki, xx xxxxxx 1994-cü ildə Balakən rayonu Gərəkli kəndində doğulmuş X4 adını öz istəyi əsasında dəyişdirmişdir. Dəyişiklikdln sonra Tələbkar olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27 sentyabr 2024-cü il tarixdə verilmiş AZ-V seriyalı 056889 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci ildə anadan olmuş, atası Borclu,anası Tələbkar qeyd edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi Tələbkar cavabdeh Borclu ilə 13 iyul 2011- cı il tarixdə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 05 mart 2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində 643 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X6 adında bir uşaq doğulmuşdur. Uşaq iddiaçının himayəsində yaşayır. Tərəflərin arasında olan nikah pozulmuş, Balakən Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(019)-315/2022 nömrəli qətnaməsilə 15 fevral 2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X3 verilməsi qət edilmişdir. Hazırda Tələbkar Balakən Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(019)-315/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin minimum əmək haqqı məbləğinə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki -Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Qərarın 8.4-2-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə, Balakən Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(019)-315/2022 nömrəli qətnaməsi ilə 15 fevral 2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X2 xeyrinə ödənilməsinin qət edilməsini, Balakən Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(019)-315/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 160 (bir yüz altmış) manat alimentin həmin dövr üçün müəyyən edilmiş 193 manat məbləğində minimum əmək haqqının 0,53 mislini təşkil etməsini, 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Tələbkar ərizəsi təmin edilməli, yetkinlik yaşına çatmamış, xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin miqdarı sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli həddində indeksasiya olunmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin indeksasiyası ərizənin verildiyi 09 sentyabr 2025-ci il tarixdən aparılmalı, qərardad qüvvəyə mindikdən sonra icraya yönəldilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Balakən Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(019)-315/2022 nömrəli qətnaməsinə əsasən yetkinlik yaşına çatmamış, 07 iyul 2012-ci il tarixdə doğulmuş X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin miqdarı 09 sentyabr 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 232,263- 264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Balakən Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(019)-315/2022 nömrəli qətnaməsinə əsasən yetkinlik yaşına çatmamış, 07 iyul 2012-ci il tarixdə doğulmuş X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin miqdarı 09 sentyabr 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,53 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada alındığı gündən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar