Məhkəmə qərarları › İş №8(019)-130/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(019)-130/2025

30.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(019)-130/2025 30.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramin Quliyev təqdimatla məhkəməyə müraciət edərək borclu xx.xx.1964-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan (Fin: xxxxxxx) Borclu ölkədən getmək hüququnun hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə Tələbkar ilə Borclu tərəfindən birgə nikah dövründə alınmış və sonradan Borclu tərəfindən satılmış 50BT547 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz SPRİNTER AVTOBUS'' markalı VAQON 20+1 YER tipli, ağ rəngli, 2010-cu il buraxılışlı, BAN nömrəsi WDB9066351S4030C olan MİH 2143 kub sm-dən ibarət nəqliyyat vasitəsinin dəyəri olan 48500 manat pulun 1/2 hissəsinə Tələbkar payı müəyyən edilməlidir. 48500 manat pulun yarısı - 24250 (iyirmi dörd min iki yüz əlli) manat pul və ödənilmiş 70 manat dövlət rüsumu xərci Borclu tutularaq, Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Balakən rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmişdir. “Emis elektron icra informasiya” sistemdən sorğu zamanı borclunun adında heç bir əmlak aşkar edilməsədə, 2-ci qrup əlil olduğu üçün 393.34 manat pensiya (gəlir əldə etdiyi) aldığı müəyyən edilmiş həmin pensiya məbləğinin də 70 faizi ailment borcuna tutulur. Balakən rayon Məhkəməsinin 2(019)-112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi icra etmədiyi üçün xx.xx.2025-ci il tarixdə Borclu barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Balakən rayon Məhkəməsinə göndərilmişdir. Balakən rayon Məhkəməsinin 3(019)- 288/2025 nömrəli xx.xx.2025-ci il tarixli qəraram əsasən Borclu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdətutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Belə ki, icra sənədi üzrə ödəməli olduğu 24.250 manatdan 897 manatı ödənilmiş, hazırda icra sənədi üzrə borc 23.353 manat təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ərizə təmin edilmiş, iddiaçı Tələbkar ilə cavabdeh Borclu tərəfindən birgə nikah dövründə alınmış və sonradan cavabdeh Borclu tərəfindən satılmış 50BT547 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz SPRİNTER AVTOBUS” markalı VAQON 20+1 YER tipli, ağ rəngli, 2010-cu il buraxılışlı, BAN nömrəsi WDB9066351S4030C olan MİH 2143 kub sm-dən ibarət nəqliyyat vasitəsinin dəyəri olan 48500 manat pulun ½ hissəsinə Tələbkar payı müəyyən edilməli, 48500 manat pulun yarısı - 24250 manat pul və ödənilmiş 70 manat dövlət rüsumu xərci cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Tələbin könüllü icrası barədə xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcluya Balakən Rayon Məhkəməsinin e-2(019)-112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi bildirilmişdir. Balakən Rayon Məhkəməsinin 3(019)-288/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Borclu icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməmiş, icra sənədi üzrə tələbi təmin etmədiyi halda barəsində məcburi icra tədbirləri tətbiq olunacağı barədə xəbərdar edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Borclu qeydiyyatda olduğu və yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada üzərinə həbs qoyula biləcək əşya və ya əmlak aşkar edilməmişdir. Sərhədkeçmə məlumatlarından çıxarışdan görünür ki, Borclu xx.xx.2019-cu il tarixdə ölkədən çıxmış, xx.xx.2019-cu il tarixdə isə ölkəyə qayıtmış, xx.xx.2019-cu il tarixdə ölkədən çıxmış, xx.xx.2019-cu il tarixdə isə ölkəyə qayıtmışdır. Məhkəmə, təqdimatın dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Balakən Rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. 84-1.2-ci maddəsinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. X2 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. İş materiallarından görünür ki, Borclu hal-hazırki tarixə borcu 23.353 manat təşkil edir. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1964-cü il tarixdə Balakən rayonu Püştətala kəndində anadan olmuş, Balakən şəhəri, Z.Bünyadov küçəsi, ev 8 qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar