Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(019)-138/2025 15.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, təqdimat vermiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 2(019)-77/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Quliyev X2 Rayon Məhkəməsinin 2(019)-77/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 77/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 09 oktyabr 2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına yaşaına kimi saxlanması üçün Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub tələbkar Süleymanova (Ramazanova) Xacay Şəhmir qızına verilməlidir.Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində Balakən Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmişdir.“Emis elektron icra informasiya’ sistemdən sorğu zamanı borclunun adında heç bir əmlak və ya rəsmi gəlir aşkar edilməmişdir.xx.xx.2025-ci il tarixdə borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 528.1 -ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 3(019)-367/2025 saylı xx.xx.2025- ci il tarixli qərarına əsasən Borclu Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş ) gün müddətinə inzibati həbs tədbiri tətbiq edilmişdir.Bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hal-hazırda icra sənədi üzrə aliment borcu xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi 6100 manat manat təşkil edir.Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında təqdimat vermiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə təqdimatı müdafiə edərək təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin olunmasını xahiş etdi. Tələbkar Süleymanova (Ramazanova) Xacay Şəhmir qızı və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 fevral 2019-cu il tarixli icra sənədindən görünür ki 09 oktyabr 2018-ci ildən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Süleymanova (Ramazanova) Xacay Şəhmir qızına verilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-77/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanılmış, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Borclu ünvanlanmış xx.xx.2019-cu il tarixli 31709/2019-46 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılmış Balakən Rayon Məhkəməsinin 2(019)- 77/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi Borclu xahiş edilmişdir. Məhkəmə təqdimat vermiş şəxsi dinləyib, təqdimatın dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “İcra haqqında” Qanunun sözügedən maddəsinin məzmunundan da görünür ki, borclunun ölkədən getmək hüququ yalnız məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-77/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 09 oktyabr 2018-ci ildən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Süleymanova (Ramazanova) Xacay Şəhmir qızına verilməlidir.İcra sənədi Balakən Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlərlə icra sənədi üzrə Borclu göndərilmişdir.Borclu tərəfindən icra sənədində olan tələb təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti-tələbkar Süleymanova (Ramazanova) Xacay Şəhmir qızına olan aliment borcu ödənilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı : Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Balakən Rayon Məhkəməsinin 2(019)-77/2019 nömrəli, 05 fevral 2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti-tələbkar Süleymanova (Ramazanova) Xacay Şəhmir qızına olan borcu ödənilənədək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №8(019)-138/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(019)-138/2025
15.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver