Məhkəmə qərarları › İş №8(019)-142/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(019)-142/2025

23.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(019)-142/2025 23.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Afina Şakir qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar alimentin indeksasiya edilməsi barədə ərizəsinə iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci ildə X1 və xx.xx.2014-cü ildə X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-782/2024 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin illik əmək haqqına indeksasiya olunmaqla 0,43 misli həddində Borclu tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, o, 04 iyul 2007-ci il tarixdə Balakən şəhər sakini Borclu ilə evlənmişlər. Nikahı xx.xx.2007-ci il tarixdə 171 nömrə ilə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2008-ci ildə X4 və xx.xx.2014-cü ildə X5 adında iki uşaqları olmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqla əlaqədar ayrılmışlar. Balakən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-782/2024 nömrəli qətnaməsi ilə aralarında xx.xx.2007-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 171 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 22 iyul 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X1 və xx.xx.2014-cu tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər uşaq üçün 150 manat-cəmi 300 manat Sabit pul məbləğində aliment tutulub onun xeyrinə verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-782/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icranın təmin edilməsi Balakən rayon icra və probasiya şöbəsin həvalə edilmişdir. Hesab edir ki, yetkinlik yaşına çatmamış övladının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq, ərizə təmin edilməlidir. Məhkəmə iclasında tələbkar ərizəsini müdafiə edərək təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Borclu məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə hər hansı üzürlü səbəb bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)- 782/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, 22 iyul 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X1 və xx.xx.2014cü tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 150 manat-cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməlidir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Qərarın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Qərarın 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmasının qət edilməsini, 2024cü ildə minimum əmək haqqının məbləğinin 345 manat olmasını, həmin qətnamə ilə müəyyən edilmiş 150 manat alimentin həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqının 0.43 mislini təşkil etməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, alimentin miqdarı sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə hesab edir ki, alimentin indeksasiyası ərizənin verildiyi 14 oktyabr 2025-ci il tarixdən aparılmalı, qərardad qüvvəyə mindikdən sonra isə icraya yönəldilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 232, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Balakən Rayon Məhkəməsinin 2(019)-782/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin miqdarı 14 oktyabr 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar