Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(019)-143/2025 16.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu Borclu məhkəmə aliment borcunun ödənilməsindən azad edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Borclu Seyidov X3 Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, e-2(019)-73/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 3740 manat aliment borcunun ödənilməsindən azd edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qaytarılmalıdır. Belə ki, ərizənin Borclu tərəfindən yazılıb imzalandığı göstərilsə də, ərizənin məzmununda X1 X2 ilə evlənməsi, Sevinc və Zəhra adlı qızlarının olması, Balakən Rayon Məhkəməsinin 10 iyun 2029-cu ildə nikahlarının pozulması, həmin qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiya olunmasını istəməsi və s.qeyd edilmişdir. Göründüyü kimi ərizə düzgün tərtib olunmamışdır. Bu əsasa görə də ərizə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-də isə icra qaydasında verilmiş ərizənin qaytarılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-də təqdimatın qaytarılması nəzərdə tutulmadığından analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edilməsini zəruri hesab edirəm. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə işin hallarını,ərizənin düzgün tərtib edilməməsini,zəruri sənədlərin ərizəyə əlavə edilməməsini,mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Borclu ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 149, 151-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: Borclu aliment borcunun ödənilməsindən azad edilməsinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki,ərizəsinin qaytarılması,yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan,rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №8(019)-143/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(019)-143/2025
16.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver