Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 8(019)-149/2025 30.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi ilə, Tələbkar alimentin indeksasiya edilməsi barədə ərizəsinə iş materialları ilə birlikdə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Tələbkar ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2(019)-537/2024 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu onun xeyrinə tutulan alimentin miqdarının ərizəni verdiyi tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,376 misli həddində indeksasiya olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Tələbkar 2008-ci ilin noyabr ayının 04də Borclu ilə evlənmişdir. Nikahlarını həmin tarixdə Balakən rayonu Qazma Kənd İcra Nümayəndəliyində 42 nömrə ilə qeydə aldırmışlar.Cavabdehlə evliliklərindən xx.xx.2009cu il tarixdə X5, xx.xx.2010-cu ildə isə X6 adında iki övladları olmuşdur. Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2(019)-537/2024 saylı qətnaməsi ilə Borclulə aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. İlkindən ayrıldıqdan sonra övladları onun himayəsində yaşayır.Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2(019)- 537/2024 saylı qətnaməsinə əsasən 19 aprel 2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün iddiaçı Borclu hər ay hər uşaq üçün 130 manat-cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub cavabdeh Tələbkar ödənilməsi qət edilmişdir. Hazırda Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2(019)- 537/2024 saylı qətnaməsinə əsasən birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Borclu müəyyən edilmiş hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat aliment məbləğinin indeksasiya edilməsini istəyir. Tələbkar və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin tələbkarın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək 8(019)-149/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarizə saat 09:30-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərərək işə iştirakları olmadan baxaraq ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 232.2-ci maddəsinə əsasən işə ərizəçinin və onun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz göndərərək Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizəsini təmin etməyərək, hazırda təyin olunmuş hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat məbləğində alimentin məbləğinin dəyişməz saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024cü il tarixli 2(019)-537/2024 nömrəli qətnaməsinə əsasən, xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat məbləğində aliment ödəyir.Tələbkar tərəfindən bu aliment məbləğinin minimum əmək haqqının artımına uyğun olaraq indeksasiya edilməsi tələb olunur. O, alimentin məbləğinin indeksasiyası ilə bağlı bu tələbə qəti şəkildə etiraz edir və bildirir ki, belə bir artım onun üçün ifrat dərəcədə ağır maddi vəziyyət yaradacaqdır. Belə ki, hazırda o, kəskin xroniki asma bronxial xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik səbəbindən əmək qabiliyyəti kəskin şəkildə məhdudlaşmışdır.Vəziyyətinin kəskinləşməsi səbəbindən hazırda xəstəxanada stasionar müalicə alır və tam iş rejimində işləmək imkanı yoxdur. Xəstəliyin tələb etdiyi müalicə xərcləri isə onsuz da məhdud olan büdcəsini daha da yükləyir (xəstəlik kağızını etiraza əlavə edirəm).Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onun daimi iş yeri yoxdur və rəsmi gəliri yoxdur. Hazırda yaşayış minimumu səviyyəsindən aşağı olan çox ağır maddi vəziyyətdədir. Alimentin məbləğinin artırılması onu tamamilə yoxsulluq həddinə çatdıracaq və özünü dolandırmaq imkanından məhrum edəcəkdir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-537/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Borclu ilə cavabdeh Tələbkar arasında bağlanmış, 04 noyabr 2008-ci il tarixdə Balakən rayon Qazma kənd icra nümayəndəliyində 42 nömrə ilə qeydə alınmış nikahın pozulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Borclu və cavabdeh Tələbkar birgə nikahından olan uşaqları-xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2010-cu ildə anadan olmuş X4 cavabdeh Tələbkar yanında saxlanmaları, 19 aprel 2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün iddiaçı Borclu hər ay hər uşaq üçün 130 manat-cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub cavabdeh Tələbkar verilməsi, iddiaçı Borclu ilkin mediasiya üçün ödədiyi 50 manatın və dövlət rüsumu olaraq ödədiyi 50 manatın,cəmi 100 manat məhkəmə xərcinin 50 manatının cavabdeh Tələbkar alınıb iddiaçı Borclu verilməsi,qalan 50 manatın iddiaçı Borclu özünə aid edilməsi,tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən iddiaçı Borclu 20 (iyirmi) manat dövlət rüsumunun alınsın, cavabdeh Tələbkar həmin dövlət rüsumunu ödəməkdən azad edilməsi, qətnamənin alimentin tutulmasına aid hissədə dərhal icra edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qazma kənd icra nümayəndəliyi tərəfindən 12 mart 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 243212 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu ildə anadan olmuş, atası Borclu , anası Tələbkar qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 iyun 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 682879 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 noyabr 2010-cu ildə anadan olmuş, atası Borclu , anası Tələbkar qeyd edilmişdir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Tələbkar Borclu ilə 04 noyabr 2008-ci ildə nikahlarını Balakən rayon Qazma kənd icra nümayəndəliyində 42 nömrə ilə qeydə aldırmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 adında iki uşaqları doğulmuşdur.Hazırda uşaqlar ərizəçi Tələbkar himayəsindədirlər. Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli e2(019)-537/2024 nömrəli qətnaməsi ilə iddiaçı Borclu ilə cavabdeh Tələbkar arasında bağlanmış, 04 noyabr 2008-ci il tarixdə Balakən rayon Qazma kənd icra nümayəndəliyində 42 nömrə ilə qeydə alınmış nikahın pozulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Borclu və cavabdeh Tələbkar birgə nikahından olan uşaqları-xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X4 cavabdeh Tələbkar yanında saxlanmaları, 19 aprel 2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün iddiaçı Borclu hər ay hər uşaq üçün 130 manat-cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub cavabdeh Tələbkar verilməsi qət edilmişdir. Hazırda Tələbkar Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli e-2(019)-537/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin minimum əmək haqqı məbləğinə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki -Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Qərarın 8.4-2-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə, Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-ci il tarixli, e-2(019)- 537/2024 nömrəli qətnaməsi ilə 19 aprel 2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün iddiaçı Borclu hər ay hər uşaq üçün 130 manat-cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub cavabdeh Tələbkar verilməsinin qət edilməsini, Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2(019)-537/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 130 (bir yüz otuz) manat alimentin həmin dövr üçün müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,38 mislini təşkil etməsini, 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Tələbkar ərizəsi təmin edilməli, yetkinlik yaşına çatmamış, xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün Borclu Tələbkar Şahin qızının xeyrinə tutulan alimentin miqdarı sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,38 misli həddində indeksasiya olunmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin indeksasiyası ərizənin verildiyi 20 oktyabr 2025-ci il tarixdən aparılmalı, qərardad qüvvəyə mindikdən sonra icraya yönəldilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2(019)-537/2024 nömrəli qətnaməsinə əsasən yetkinlik yaşına çatmamış, xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin miqdarı 20 oktyabr 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,38 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 232,263- 264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2(019)-537/2024 nömrəli qətnaməsinə əsasən yetkinlik yaşına çatmamış, xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin miqdarı 20 oktyabr 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.38 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada alındığı gündən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №8(019)-149/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №8(019)-149/2025
30.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver