Məhkəmə qərarları › İş №8(020)-10/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-10/2025

28.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-10/2025 28.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan Rayon Qeydiyyat Şöbəsinin rəisi X3 iştirakı ilə, X2 Beyləqan Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(020)-91/2017 saylı qiyabi qətnaməsi əsasından Beyləqan Rayon Qeydiyyat Şöbəsində açılmış akt qeydinin ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(020)-91/2017 saylı qiyabi qətnaməsi əsasından Beyləqan rayon Qeydiyyat Şöbəsində açılmış akt qeydinin ləğv edilməsi barədə ərizə ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı X4 ona qarşı nikahın pozulmasına dair iddia ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmiş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(020)-904/2017 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qiyabi qətnaməyə əsasən X10 ilə onun arasında xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 1003 saylı qeydi ilə bağlanılmış nikah pozulmuşdur. Qeyd olunan iş üzrə keçirilən məhkəmə iclaslarından onun ümumiyyətlə məlumatı olmamı və iddiaçı bu işlə bağlı həyata keçirilən məhkəmə iclaslarında qəsdən onu xəbərsiz etmişdir. O, nikahın pozulması barədə məlumatı yalnız yaxınlarda Bakı şəhərində fəaliyyət göstərən “Asan xidmət” mərkəzinə getdikdə bilmişdir. Asan xidmətə getməsinin səbəbi isə boşanma ilə bağlı müraciət etmək istəyi olmuşdur. Boşanmağına müraciət etməsinə səbəb isə iddiaçı tərəfindən döyülərək və zor tətbiq edilərək 2 azyaşlı övladı ilə birlikdə çölə atılmağı olmuşdur. “Asan xidmət” mərkəzində ona bildirilmişdir ki, onun nikahı artqı çoxdan pozulmuşdur. O, nikahın hansı məhkəmə qərarı əsasında pozulduğunu soruşan zaman ona nikahın Beyləqan Rayon Məhkəməsinin qeyd olunan qərarı əsasında pozulduğu bildirilmişdir. Bundan sonra poçt vasitəsi ilə məhkəməyə müraciət edərək Beyləqan Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(020)-91/2017 saylı qiyabi qətnaməsinin ləğv edilməsinə dair buraxılmış müddətin bərpasına dair ərizə vermişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)- 904/2024 saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(020)-91/2017 saylı qiyabi qətnaməsini ləğv edilmiş və iddiaçı X4 cavabdeh X5 qarşı nikahın pozulması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2977/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı X10 ilə cavabdeh X9 arasında 26 aprel 2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1003 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Bütün bunlara baxmayaraq tərəfindən Bakı şəhərində yerləşən “Asan xidmət” mərkəzlərindəki Qeydiyyat şöbəsinə müraciət eedilərək “Nikahın pozulması haqqında şəhadətnamə” əldə olunmaq istədikdə ona bildirilmişdir ki, barəsində boşanma ilə bağlı Beyləqan Rayon Qeydiyyat Şöbəsində artıq açılmış akt qeydi vardır və bu səbəbdən yenidən akt qeydi açmaq mümkün olmamışdır. Yeni akt qeydinin açılması üçün Beyləqan Rayon Qeydiyyat Şöbəsində açılmış akt qeydi sistemdən çıxarılmalıdır. Bu olmadığı təqdirdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi nikahın pozulması hissədində icra edilməmiş qalacaqdır. Ona görə də Beyləqan Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(020)-91/2017 saylı qiyabi qətnaməsi əsasında Beyləqan rayon Qeydiyyat şöbəsində açılmış akt qeydinin ləğv edilməsi haqqında müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Qeydiyyat Şöbəsinin rəisi X11 izahatında bildirmişdir ki, X4 cavabdeh X6 qarşı nikahın pozulması tələbinə dair iddiası Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(020)- 904/2017 saylı qiyabi qətnaməsinə əsasən təmin edilmişdir. Məhkəmə qətnaməsi X10 tərəfindən icra edilməsi üçün Beyləqan Rayon Qeydiyyat Şöbəsinə təqdim edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(020)-91/2017 saylı qiyabi qətnaməsi əsasında X10 ilə X8 arasında xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 1003 saylı qeydi ilə bağlanılmış nikah pozulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(020)-91/2017 saylı qiyabi qətnaməsi əsasından Beyləqan rayon Qeydiyyat Şöbəsində açılmış akt qeydinin ləğv edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi məhkəmə iclasına gəlməmiş, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə ərizə yerləşdirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İddiaçı X4 cavabdeh X6 qarşı nikahın pozulması tələbinə dair iddiası Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(020)-904/2017 saylı qiyabi qətnaməsinə əsasən təmin edilmişdir. Cavabdeh X8 poçt vasitəsi ilə məhkəməyə müraciət edərək Beyləqan Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(020)-91/2017 saylı qiyabi qətnaməsinin ləğv edilməsinə dair buraxılmış müddətin bərpasına dair ərizə vermiş, həmçinin qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-904/2024 saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(020)-91/2017 saylı qiyabi qətnaməsini ləğv edilmiş və mülki işə baxılması xx.xx.2024-cü il tarixə, saat 17:00-a təyin edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-904/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh X5 qarşı nikahın pozulması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2977/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı X10 ilə cavabdeh X9 arasında 26 aprel 2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1003 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşə əlavə edilmiş Beyləqan Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 0018 nömrəli akt qeydindən görünür ki, X10 ilə cavabdeh X9 arasında 26 aprel 2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah ləğv edilmiş, əsas kimi Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(020)-904/2017 saylı qiyabi qətnaməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə görə icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, nikahın ləğvinə dair qeydiyyatın aparılması üçün əsas olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(020)-904/2017 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Ona görə də həmin qətnamə üzrə aparılmış nikahın ləğvinə dair qeydiyyat da ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə adından, Q Ə R A R A A L D İ M: Ərizə təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(020)-904/2017 saylı qiyabi qətnaməsi əsasından X10 ilə X9 arasında 26 aprel 2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın ləğvinə dair Beyləqan Rayon Qeydiyyat Şöbəsində aparılmış xx.xx.2024-cü il tarixli, 0018 nömrəli akt qeydi ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar