Məhkəmə qərarları › İş №8(020)-109/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-109/2025

07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-109/2025 07.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Beyləqan Rayon 1 saylı Notariat Kontorunun 26 iyun 2025-ci il tarixli, 8i-4815 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X5 verdiyi təqdimata Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X7 verdiyi təqdimatda Beyləqan Rayon 1 saylı Notariat Kontorunun 26 iyun 2025-ci il tarixli, 8i-4815 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu (bundan sonra borclu) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadının qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 03 iyul 2024-cü il tarixli qərarla icraatına başlanılmış, Beyləqan Rayon 1 saylı Notariat Kontorunun 26 iyun 2025-ci il tarixli, 8i-4815 nömrəli icra sənədinə əsasən Borclu cəmi 15000 manat məbləğində borc və 25 manat dövlət rüsumu alınıb tələbkar X3 verilməlidir. İcra vərəqəsi üzrə borcluya 03 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmən təqdim edilmişdir. Borclu ödəniş etmədiyinə görə, onun icra vərəqəsi üzrə tələbkara 15000 (on beş min) manat məbləğində borcu yaranmışdır. Borclunun əmlak vəziyyəti ilə bağlı müvafiq dövlət orqanlarına sorğular verilmişdir. Qeyd olunan səbəbdən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. - 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Təqdimatdan göründüyü kimi borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd onun tələbkar X6 olan borcunu ödəməməsidir. Lakin, Beyləqan rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 3(020)-528/2025 nömrəli qərarı ilə Borclu barəsində Beyləqan Rayon 1 saylı Notariat Kontorunun 26 iyun 2025-ci il tarixli, 8i-4815 nömrəli icra sənədinin icrasının təmin etmədiyinə görə Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş tərtib edilmiş. İnzibati xəta haqqında protokol əsasında 10 (on) gün müddətinə inzibati həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda eyni orqan tərəfindən məhkəməyə eyni şəxsin barəsində eyni hərəkətinə görə həm inzibati xəta haqqında protokol, həm də qətnamənin icrası qaydasında təqdimat daxil olduğuna və onlardan birinə görə artıq şəxsin barəsində cəza tədbiri tətbiq olunduğuna görə təqdimat rədd edilməlidir. Lakin, vətəndaş Borclu sonralar da eyni hərəkətini davam etdirəcəyi təqdirdə onun barəsində həm inzibati xəta haqqında protokolun tərtib edilməsi, həm də qətnamənin icrası qaydasında təqdimatın verilməsi istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Beyləqan İcra və Probasiya şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X7 tərəfindən verilmiş təqdimat rədd eilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar