Məhkəmə qərarları › İş №8(020)-11/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-11/2025

03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-11/2025 03.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmiş və Beyləqan Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(020)-11/2025 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu Rzayev X1 Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(020)-11/2025 qərardadından şikayət vərərək, həmin qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(020)-11/2025 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Beyləqan Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(020)-11/2025 saylı qərardadı ləğv edilmiş və Xocavənd Rayon Məhkəməsi tərəfindən verilmiş 2(069)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına baxılması 03 mart 2025-ci il tarixə saat 11:45-ə təyin edilmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəməyə ərizə təqdim edərək, Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına dair təqdimatın baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, borclunun nümayəndəsi (vəkili) ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, tələbkar və icra məmuru isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına dair təqdimatı baxılmamış saxlanılsın, təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar